Bu gün ADP İdarə Heyəti 2015-ci ilin ilk toplantısını keçirib

05.01.2015

Bu gün ADP İdarə Heyəti 2015-ci ilin ilk toplantısını keçirib. Toplantıda partiyanın 2015-ci ildə qarşısında duran əsas vəzifələr müzakirə obyekti olub.
Müzakirələrdə ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsi, fundamental insan hüquq və azadlıqlarının təmin olunması, siyasi məhbusların azadlığa buraxılması istiqamətində digər siyasi qüvvələrlə əməkdaşlığın vacibliyi qeyd edilib. 2015-ci il parlament seçkilərinə hazırlıqla bağlı partiyanın strategiya və taktikasının müəyyənləşdirilməsi, Seçki Məcələsinin demokratikləşdirilməsi istiqamətində qanunvericilik bazasının hazırlanması, o cümlədən proporsional seçki sisteminin bərpası uğrunda lazımi addımların atılması qərara alınıb.

Müzakirələrdə partiya quruculuğu sahəsində görüləcək işlər - yerlərdə təşkilati strukturların möhkəmləndirilməsi və partiyaya yeni üzvlərin qəbul olunması istiqamətində planın hazırlanmasının vacibliyi qeyd edilib.

Müzakirələrin sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Printer »»»