ADP üzvüləri həbs edildi

20.08.2014

Azərbaycan hökümətinin son zamanlar vətəndaş cəmiyyəti aktivislərinə və ölkədə olan müxalif yönümlu qələm əhlinə qarşı apardığı aqressiv siyasət tək beynəlxalq ictimaiətin güclü qinağı ilə yekunlaşmadi. Beləki ölkədə olan vətəndaş cəmiyyəti aktivistlərinin hesabatı və müxalif partiya gənclər təşkilatlarının güclü qinağ atəşinə səbəb olmuşdur. Ölkədə son səsli küylü həbs hesab edilən sülh və demokratiya inistitunun rəhbəri Leyla Yunus’un həbs edilməsi təəssüf ki son həbs dalğası olmadı.
Bu günlərdə şərlənərək həbs edilən İntiqam Əliyevdə daha oncə həbs edilən vicdan məhbusları kim,i hökümətin qərəzli, siyasi sifarişinin nəticəsidir. Bu cür totalitar və represiyalara qarşı ölkədə artiq aksiyalara qərar verilmişdir. Belə ki bununla əlaqədər Azərbacan demokrat partiyasının üzvülər ölkədə müxalif partiyaların bəzilərini sərt şəkildə qinayaraq artiq aksiyalara qərara verəcəklərini söyləmişlər.Azərbaycan Demokrat Partiyası’nın (ADP) mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə pariyaninin bir neçə aktiv üzvüləri həbs edilərək mütəlif rayon üzrə olan polis bölmələrinə aparılmışlar. Bu olayla bağli Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə danışib həbs edilən şəxslərin kimliyini dəqiqləşdirmək istədik.Əldə etdiyimiz məlumata görə həbs edilən şəxslər Səadət Hüseynova, Raya Əsədova, Müşviq İsrafilov, Osman Əhmədov, Hafiz Fərhadov Loğman Muradov, Orxan Əsədli Emin Rehimli Məhsəti Hüseyinova və Tural Zeynalov olmuşdur. Bizə verilən məlumata görə Azərbaycan Demokrat partiyasının həbs edilən üzvüləri Ölkədə olan son siyasi durumla bağlı şəhərin müxtəlif yerlrində mitinglər və piketlər keçirmək üçüm qərar veriblərmiş. Beləki partiya üzvüləri oz facebook səhifələrində eyni zamanda şəhərin müxtəlif yerlərinə “afişalar” yapişdıraraq xalqı mitinqlərə səsləmişlər.


Printer »»»