ADP-çi gənc qaçırıldı

24.08.2014

Son zamanlar Azərbaycan hökümət nümayəndələrinin insan haqları aktivistlərinə və ölkədə olan yazar və jurnalistlər qarşı apardığı repressiv siyasət müxalif fikirli insanlardanda yan keçməmişdir. 
ADP mətbuat xidmətinin yaydığı məlumata görə, partiyanın Təşkilatı məsələləri üzrə kordinatoru Osman Əhmədov üç mülki şəxs tərəfindən zorla maşına mindirilərək qaçırılmışdır. Hadisə şahidi olmuş partiyanın fəal üzvü Ramil Zeynallı ADP mətbuat xidmətinə verdiyi məlumata görə, Osman Əhmədov qacırılan zaman zorakılığa məruz qalmışdır. Bu hadisə yaxınlıqda asayış keşiyi çəkən Polis Post patrul xidməti əməkdaşlarının gözü qarşısında baş verməyinə baxmayaraq, onlar hadisəyə müdaxilə etmədilər. 
Xatırladaq ki, Osman Əhmədov ADP-nin aktiv üzvü olmaqla yanaşı, bütün müxalif düşərgədə cox məhşur simalardandır. Elə bu səbəbdəndə Osman bəyin siyasi baxışlarına gorə qaçırılması heçdə şübhə yaratmır.

Printer »»»