“Sərdar bəyi yaxından tanımaq üçün onunla bərabər avar çəkmək lazımdır...”

03.06.2014


Vaqif Şirinov: ”Azərbaycan siyasətini onsuz təsəvvür etmək mümkün deyil” Bu gün ADP sədri Sərdar Cəlaloğlunun 60 yaşı tamam olur. Xeyli vaxtdır ki, xaricdə müalicə olunan ADP Ali Məclisinin sədri Vaqif Şirinov da təbrikə qoşulanlardandır: “Tanrının Azərbaycan xalqına bəxş etdiyi və qədri hələ də bilinməyən, lazımınca qiymətləndirilməyən Sərdar bəyin 60 yaşı tamam olur. Yubilyarın Azərbaycan siyasi səhnəsinin ən azman fiqurlarından biri olduğunu dostları da, müttəfiqləri də, əks düşərgədəki rəqibləri də bilir, yeri gələndə etiraf da edirlər. Sərdar bəy özünəməxsus düşüncə tərzi, unikal fəlsəfi düşüncələri, siyasi analizləri ilə müxalif cameəsinin əvəzolunmaz personasıdır.

Bir sözlə, Azərbaycan siyasətini Sərdar Cəlaloğlusuz təsəvvür etmək mümkün deyil.

Sərdar bəyi yaxından tanımaq üçün ADP-nin simvolunda əks olunduğu kimi, onunla bərabər günəşə doğru üzən Azaqdlıq gəmisində avar çəkmək lazımdır. Çox xoşbəxtəm ki, onunla uzun müddətdir ki, avarçəkənlərdənəm...
Sərdar bəy, 60-lar qrupuna xoş gəlmisiniz. Ulu Tanrı sizi, ən yaxın silahdaşınız Fatma xanımı və yavrularınızı qorusun. Sizin parlaq ideyalarınız təkcə müxalifət üçün deyil, millətimizizin gələcəyi naminə əvəzolunmaz xəzinədir və Allah onu xalqımıza çox görməsin."

Printer »»»