Kotletə başı qarışmış zavallı müxalifət...

19.04.2014
ADP Ali Məclis sədrliyinə namizəd tapa bilmir? 
Ölkənin siyasi həyatında ənənəvi süstlük və fəaliyyətsizlik hökm sürür. Hətta vəziyyət o qədər acınacaqlı şəkil alıb ki, məmləkətin bu boyda problemləri varkən müxalif mətbuat və siyasilər belə Siyavuş Novruzovun kokteyllə kotleti səhv salmasının ucundan tutub ucuzluğa getməkdədirlər. Halbuki vaxtı və diqqəti sərf etməyə kifayət qədər ağrılı məsələlər var...
Moderator.az-ın oxucuların diqqətini cəlb etmək istədiyi məsələ cəmiyyətin "ağrıyan yerlərindən biri" olmasa da maraq doğura biləndir. 

Bir vaxtlar ölkənin ən güclü partiyası olan, kütləvi aksiyalarla hakimiyyətə ilin 12 ayında problemlər və çaşqınlıqlar yaşadan və bununla da mətbuatı mövzu bolluğunda saxlayan Azərbaycan Demokrat Partiyasında bu gün demək olar ki, fəaliyyətsizlik hökm sürür. Təbii ki, digər partiyalar da yuxarıda qeyd etdiyimiz kimi təxminən oxşar vəziyyətdə, amma ADP-də siyasi mühacirətə getmiş Ali Məclis sədri Vaqif Şirinovun boş qalmış yerinə 6 aydır ki, yeni sədrin seçilməməsi təşkilatdakı real durumdan xəbər verir. 

Bir neçə dəfə bu məsələ ilə maraqlanıb və partiya sədrindən, funksionerlərdən bunun səbəbini soruşub, hər dəfə Ali Məclis çağrılaraq Vaqif Şirinovun boş qalmış kreslosunun sahibinin bəll olacağı bildirilib...

Printer »»»