ADP Krımdakı referendumu beynəlxalq hüquqa zidd hesab edir

17.03.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti ilk növbədə Krımda keçirilən referndumun nəticələrinə münasibət bildirib və Rusiyanın kobud müdaxiləsi ilə baş tutan bu referendumun  beynəlxəlq hüquqa zidd oması ilə bağlı hüquqi və siysi dəyərləndirmələr aparıb.
Məsələnin hüquqi aspektinə diqqət çəkən partriya yetkliləri  qeyd edib ki, Ukrayna federativ dövlət olmadığına görə, Krımın hər hansı qaydada onun tərkibindən çıxması beynəlxalq hüquqa ziddir.
Digər tərəfdən ayrıca olaraq, Krımda referendumun keçirilməsi Ukraynanın unitar yapısına ziddir və adı çəkilən ölkənin konstitusiya tələbləri bu referndumun bütün ölkə əhalisinin iştirakı ilə təmin olunmasını tələb edir. Krım həmin ərazinin aboregen xalqı olan Krım tatarlarına məxsusdur və onların iradsi nəzərə alınmadan hər hansı bir digər ölkəyə birləşdirilə bilməz. Üçüncüsü bu referndum Rusiyanın Krımı ilhaq etdikdən və əraziyə hərbi müdaxilə etdikdən sonra baş verib ki, bu da beynəlxalq hquq normalarının kobud şəkildə pozulıması deməkdir.
Ukrayna məsələsinin sırf siyasi məsələ olduğuna diqqət çəkən İdarə Heyəti Ukraynada yaşananan hadisələrin məhz bu ölkə xalqının Avropa İttifaqına inteqrasiya olunma istəyindən sonra baş verməsini bildirib və Rusiyanın Ukrayna ərazisinə ordu birləşmələri yeridərək Krımda referendum keçirməsini qətiyyətlə pisləyib, bu hadisəni suveren bir ölkənin ərazisinin ilhaq və işğal olunma faktı kimi dəyərləndirib. İdarə heyəti bütün demokratik dünya dövlətlərini Rusiya tərəfindən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə yönəlik hərəkətlərinə qarşı birgə mübarizə aparmağa və Rusiyanın Ukrayna da daxil olmaqla keçmiş postsovet məkanında həyata keçirmək istədiyi ilhaq və işğal siyasətini durdurmağa səsləyib.
İdarə Heyəti Rusiya Dumasının vitse-spikeri V.Jirinovskinin ayrı-ayrı çıxış və bəyanatlarında keçmiş sovetlər ərazisində yaşayan bir çox xalqların, eləcə də  Azərbaycan xalqının milli mənliyii aşağıİayan, onların milli kimliyini şübhə altına salan ifadələr işlətməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti sərsəm, ağıldan kəm bu Rusiya yetkilisinin haqqında ölçü götürülməsi üçün adı çəkilən ölkənin hakimiyyət orqanları qarşısında məsələ qaldırmağa və onu respublikamız üçün arzu olunmaz şəxs elan etməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Metropolitendə fəaliyyət göstərən ticarət obyektlərinin kütləvi şəkildə bağlanması və bundan dolayı böyük sayda vətəndaşların işsizliklə üz-üzə qalması faktından ciddi narahat olduğunu bildirib və hakimiyyət orqanlarından ticarət obyektləri əlindən alınan sahibkarlara itirdikləri iş yerlərinin müqabilində kompensasiyalar ayırmağa və ölkədə işsizliyin aradan qaldırılması istiqamətində təcili sosial-iqtisadi tədbirlər həyata keçirməyə çağırıb.
İdarə Heyəti son vaxtlar məmur övladlaının etdiyi cinayət əməllərinin sayının artmasından və onların törətdiyi avto qəzalarda insanların ardıcıl olaraq həyatını itirməsindən narahat olduğunu bildirib və bu məsələnin kökündə əksər məmurların korrupsiya və rüşvətlə əldə etdiyi paraların övladlarının tərbiyəsinin pozulması, harın həyata cəlb olunması faktının durduğunu qeyd edib və ölkə başçısını öz övladlarını idarə edə bilməyən məmurların dövlətin idarə olunması işlərində qalıb-qalmaması barədə düşünməyə çağırıb.
İdarə Heyəti qarşıdan gələn Novruz bayramı münasibəti ilə xalqımıza təbrik ünvanlayıb və min illərin sınağından keçib günümüzə qədər davam edən, insanları xoş  bahar övqatına, mehribançılığa, umu-küsülərdən qaçmağa səsləyən bu bayramda xalqımızı Azərbaycanın xoşbəxt gələcəyi uğrunda birlik nümayiş etdirməyə və milli həmrəyliə çağırıb.
Printer »»»