Sərdar Cəlaloğlunun seşki platformasından MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI

02.10.2013

Milli təhlükəsizlik - Azərbaycanın mövcud resurs və imkanlarını (ölkənin yeraltı, yerüstü sərvətləri, əhalisinin sayı və ərazisinin geopolitik vəziyyəti və sərhədləri) nəzərə alınmaqla, millətin normal həyat qabiliyyətinin;
şəxsiyyətin, cəmiyyətin və dövlətin müxtəlif həyat fəaliyyəti sferalarında həyat üçün vacib maraqlarının, müdafiəsini təmin etməyə yönəlmiş kompleks tədbirlərin;  
dövlət, ictimai, şəxsiyyət, texnogen, ekoloji, iqtisadi, energetik, məlumat təhlükəsizlik tədbirlərinin;
mümkün daxili və xarici təhlükələrdən qorumaq tədbirlərinin;
ölkənin dayanıqlı inkişafını təmin edən, tədbirlərin məcmusundan ibarətdir.
Milli təhlükəsizliyin məqsədləri:
Vətəndaş institutunun, dövlətin və cəmiyyətin stabilliyinin uzunömürlülüyünü təmin etmək;

Vətəndaşı, cəmiyyəti və dövləti ən mühüm təhlükələrdən qorumaq, belə təhlükələri aşkarlamaq və onları önləmək məqsədi ilə vaxtında neytrallaşdırmaq;
Milli dəyərləri (müstəqillik, süverenlik) və həmin dəyərləri təyin edən cəmiyyətin bazis dəyərlərinin (milli, dini, bəşəri dəyərlər - azadlıq, bərabərlik, ədalət) qorumaq;
Vətəndaşın, cəmiyyətin və dövlətin siyasi və iqtisadi müstəqilliyini təmin etmək;
Millətin özünüqorumasını, özünütəkrar istehsalını (nəsil artımı) və özünü təkmilləşdirməsini (milli inkişafi) mövcud şəraitdə, baza dəyərlərinə ən az itki ilə təmin etmək;
Milli təhlükəsizliyin tərəfləri:
Azərbaycan vətəndaşına, dövlətinə və cəmiyyətinə daxildə ayrı-ayrı vətəndaşlardan və qruplardan, xaricdən ayrı-ayrı dövlətlərdən gələn təhlükələrdən qorumaq, bunun üçün ictimai nəzarət mexanizmləri yaratmaq, qarşılıqlı nəzarət və özünü nəzarəti gücləndirmək məqsədi güdən dövlət proqramları işləyib hazırlamaq;
Milli təhlükəsizliyi hər bir vətəndaşın, vətəndaş cəmiyyəti institutlarının, diaspor təşkilatlarının və dövlətin rəsmi orqanlarının hesabına qorumaq.
Milli təhlükəsizliyin istiqamətləri:
1. Dövlət təhlükəsizliyi:
A) Dövlət quruluşunu qorumaq:
Azərbaycan dövlətinin dünyəvi, demokratik, hüquqi, sosial və unitar dövlət quruluşunu möhkəmləndirmək;
Praktikanı konstitusiyaya uyğunlaşdırmaq. Dövlətin ərazisində muxtar qurumları (Naxçıvan Muxtar Dövlət statusunu) ləğv etmək və belə qurumların yaradılmasının yolverilməzliyini təmin etmək;
Dövlət quruluşunu dəyişdirmək cəhdlərinə yol verməmək və sərt qanuni tədbirlər görmək;
Ölkə daxilində fəaliyyət göstərən xaricdən dəstəklənən daxili qüvvələrin istənilən fəaliyyəti qadağan etmək;
Xarici dövlətlərlə daxili işlərə qarışmamaqla bağlı effektli müqavilələr bağlamaq;
Separatizmin, etnik, dini və sosial dözümsüzlüyün istənilən təzahürünə qarşı sərt tədbirlər proqramı həyata keçirmək;
B) Ərazi toxunulmazlığını qorumaq:
Azərbaycanın işğal olunmuş ərazilərini ən az itki ilə geri qaytarmaq;
Ərazilərin effektli müdafiəsinin hüquqi, siyasi, hərbi və ictimai proqramlarını işləyib həyata keçirmək;
Sərhədlərin zorakı dəyişdirilməsi cəhdlərinə qarşı ciddi tədbirlər görmək;
C) Dövlətin suverenliyini onun bütün ərazisində təmin etmək:
Dağlıq Qarabağ da daxil olmaqla dövlət sərhədləri daxilində Azərbaycanın suverenliyini tam təmin etmək;
Dövlətin daxili və xarici siyasətində - cəmiyyətin bazis maraqlarının qorunmasına xidmət edən siyasətin suverenliyinə nail olmaq;
D) Dövlətin daxili və xarici təhlükələrdən qorunması;
Hərbi gücün və digər dövlət güclərinin inkişaf etdirilməsi, təkmilləşdirilməsinə nail olmaq;
Hüquq mühafizə orqanlarının işini yenidən qurmaq, cinayətkarlığın minimum səviyyəyə endirmək məqsədi ilə kompleks sosial, iqtisadi, siyasi, hüquqi və tərbiyəvi proqramlar işləyib həyata keçirmək;
2. İctimai təhlükəsizlik:
İnqilabi situasiyaya qarşı dövlət proqramı hazırlayıb həyata keçirmək;
Vətəndaşları üsyana, itaətsizliyə, ixtişaşlara sürükləyən sosial, iqtisadi və siyasi şəraiti aradan qaldırılması ilə bağlı dövlət tədbiləri görmək;
Milli həmrəyliyə nail olmaq üçün müxtəlif siyasi, ictimai, dini və etnik qurumlar, o cümlədən dövlətlə qeyri-dövlət təşkilatları arasında qarşılıqlı əlaqələrin reallaşdırma tədbirləri həyata keçirmək;
İctimai asayişin, stabilliyin, dincliyin pozulmasına qarşı effektli siyasi, hüquqi və maarifləndirici dövlət tədbilərinin işlənib həyata keçirilməsi;
Vətəndaşların konstitusion huquqlarını genişləndirməklə ictimai təhlükəsizliyi təhdid edən kasıbçılığı, cinayətkarlığı minimuma endirmək, zorakıllığa, dözümsüzlüyə çağırış edən təşkilatların, şəxslərin neytrallaşdırılması üçün effektli dövlət proqramlarını həyata keçirmək.
3. Millətin sağlamlığının qorunması:
Ərzaq, dərman, istehlak, istehsal və sanitar təhlükəsizliyini təmin edən dövlət proqramları işləyib həyata keçirmək;
Səhiyyə xərclərini dünya standartlarına uyğun müəyyən etmək;
Effektli və yüksək keyfiyyətli tibbi xidmətin təşkili ilə bağlı dövlət tədbirləri görmək;
Millətin sağlamlığına təhlükə törədən əməllərə görə məsuliyyətin artırılmasına nail olmaq;
Suyun, torpağın və havanın çirklənməsinə qarşı dövlət proqramları həyata keçirmək;
4. Texnogen təhlükəsizlik - texnogen xarakterli təhlükələrdən qorunma:
Ekoloji təhlükəli müəssisələrin fəaliyyətinin qadağan edilməsi, belə müəssisələrə yüksək vergilərin tətbiqi;
Biznes proqramlarında ekoloji tarazlığın pozulması ilə bağlı məsuliyyətin nəzərdə tutulması;
Ən yeni ekoloji təmiz istehsal sahələrinin təşviq edilməsi, əmək təhlükəsizliyi nəzərə alınmaqla istehsalın təşkili;
Yol-nəqliyyat hadisələrini önləmək üçün effektli dövlət proqramı işləyib həyata keçirmək;
5. Ekoloji təhlükəsizlik - təbii fəlakətlərdən mühafizə:
Proqnozlaşdırılan təbii fəlakətlərin - sürüşmələrin, selbasmanın vaxtında qarşısını alan önləyici tədbirləri və dövlət proqramlarını həyata keçirmək;
Zəlzələ və vulkanların (palçıq vulkanlarının) aktiv olduğu ərazilərdə tikililərə xüsusi tələblərin qoyulması, əhalinin belə ərazilərdə məskunlaşmasının qarşısını almaq;
Havanın, suyun, topağın mühafizəsi ilə bağlı ciddi dövlət proqramları həyata keçirmək;
Adambaşına düşən yaşıllığın on dəfə artırılmasına nail olmaq. Meşələrin, bağların, parkların qorunması və genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək. Əhalidə bitki-insan münasibətlərini formalaşdırmaq;
Mövcud yaşıllığın məhv edilməsinin qarşısını alan ciddi dövlət tədbirləri görmək;
Heyvan hüququ ilə bağlı qanunverici aktlar hazırlamaq, faunanın qorunması və zənginləşdirilməsi istiqamətində dövlət proqramını həyata keçirmək;
Sosial ekologiya ilə bağlı - miqrasiya, demoqrafiq dəyişilmələr, cinsi tarazlıq, əhali artımı və  s. bağlı dövlət proqramlarını həyata keçirmək.
6. İqtisadi təhlükəsizlik:
Başqa dövlətlərdə yaşayan vətəndaşlarla müqayisədə ölkə vətəndaşlarının iqtisadi vəziyyətinin yüksəldilməsinə xidmət edən proqramlar işləyib hazırlamaq;
Ölkədən milli sərvətin qeyri-qanuni yolla xaricə çıxarılmasının qarşısını alan ciddi dövlət tədbirləri proqramı həyata keçirmək;
Beynəlxalq ikitərəfli və coxtərəfli dövlətlərarası müqavilələrdə Azərbaycan xalqına məxsus sərvətin öz ərazilərinə buraxılmasını qadağan edən müddəaların salınmasına nail olmaq;
Xammal ixracatını minimuma endirmək;
Qeyri-qanuni yolla xaricə çıxarılmış milli sərvətin - maddi və mədəni sərvətin geri qaytarılması ilə bağlı tədbirlər görmək;
Ağır nəticələr verən iqtisadi cinayətkarlıqda məsuliyyətin artırılmasına nail olmaq;
İqtisadiyyatın şəffaflığına və ictimai nəzarətinə nail olmaq.
7. Energetik təhlükəsizlik:
Təbii enerjidən - havanın, suyun, günəşin enerjisindən istifadə etməyə prioritet verən dövlət proqramları həyata keçirmək;
Atom enerjisindən istifadəni qadağan etmək;
Neftin, qazın hasilatının azaldılması və qənaətlə istifadəsini təmin edən dövlət tədbiləri həyata keçirmək;
Enerji mənbələrinin təhlükəsizliyini təmin edən tədbirlər görmək.
8. Məlumat təhlükəsizliyi:
Dövlət və hərbi sirlərin dəqiq siyahısını müəyyən edib, həmin sirlərin qorunmasının effektliyini artırmaq;
Şəxsiyyətin, dövlətin və cəmiyyətin təhlükəsizliyini təhdid edən məlumatların daxildən və xaricdən əldə edilməsinin, hazırlanmasının və tirajlanmasının qarşısını alan dövlət proqramı həyata keçirmək;
Cəmiyyətin, dövlətin və şəxsiyyətin əleyhinə yöləlmiş daxili və xarici dezinformasiyaya qarşı dövlət tədbirləri hazırlayıb həyata keçirmək;
Cəmiyyətin baza dəyərlərinə - milli, dini və bəşəri dəyərlərə zidd məlumatların hazırlanması, yayılmasının qarşısını alan tədbirlər həyata keçirmək;
9. Şəxsiyyətin təhlükəsizliyi:
Şəxsiyyətin həyatı maraqlarını, hüquq və azadlıqlarını daxili və xarici təhlükələrdən qorumaq və ya belə təhlükələri yox etmək;
Azərbaycan vətəndaşlarının xarici dövlətlər tərəfindən ələ alınmasına qarşı dövlət tədbirləri hazırlamaq;
Yoxsulluğu ləğv etmək, vətəndaşlarda milli ləyaqət hissini yüksəltmək, dövlət maraqları ilə vətəndaş maraqlarının bağlığını yüksəltmək;
Şəxsiyyətin, azadlıqların qorunması ilə bağlı dövlət tədbirləri görmək;
Xarici ölkələrdə təhlükəyə məruz qalan Azərbaycan vətəndaşlarının qorunması ilə bağlı dövlət tədbirləri həyata keçirmək;
10. Daxili təhlükəsizlik:
Vətəndaşların cinayətkarlıqdan, işsizlikdən, yoxsulluqdan və hüquqsuzluqdan qorunmasının effektli dövlət tədbirlərinin hazırlanıb həyata keçirilməsi.
11. Əməyin qorunması:
Hər bir vətəndaşa iş verilməsi öhdəliyinin yerinə yetirilməsinə yönəlmiş dövlət proqramları işləyib həyata keçirmək;
İşləyənlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramının işlənib həyata keçirilməsi;
Əmək təhlükəsizliyi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinə nail olmaq;
Daxili iş bazarının qorunmasını təmin edən qanunvericilik aktları qəbul edib həyata keçirmək;
Xarici ölkələrdə vətəndaşların işlə təminatının dövlət proqramını reallaşdırmaq;
Miqrasiyanın məhdudlaşdırılması ilə bağlı tədbirlər görmək;
İşverənlərlə müqavilələrdə iş verilməsində yerli işçilərə prioritet verilməsinin rəsmiləşdirilməsi;
Əməyin bütün növlərinin sığortalanması;
İş saatının, iş günlərinin qanunla müəyyən edilməsinin normativ aktlarının hazırlanması;
Özəl sektorda çalışanların əməyinin müdafiəsində dövlətin iştirakının təmin edilməsi;
Əmək müqavilələrində iş verənlərin və dövlətin cavabdehliyinin artırılması;
İşçilərin təhlükəsizliyi və sağlamlığı ilə bağlı məsuliyyətin artırılması və dövlət  nəzarəti;
Əmək gigiyenasi ilə bağlı standartların müəyyən edilməsi;
Zərərli və təhlükəli işin qarşını alan dövlət tədbirlərini həyata keçirmək.
12. Xarici təhlükəsizlik:
Qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək;
Kollektiv təhlükəsizliyi təmin etmək üçün NATO-ya üzv olmaq;
Dövlətlərarası münaqişələrin danışıqlar yolu ilə qarşısının alınmasına cəhd etmək;
Qonşu dövlətlərin Azərbaycanda separatizmi dəstəkləməsinin qarşısını alan dövlət proqramları işləyib hazırlamaq;
Xarici dövlətlərin Azərbaycana ekoloji təhdid yaradan fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə ikitərəfli və çoxtərəfli dövlət tədbirləri həyata keçirmək. (Ermənistanın Razdan Elektrik Stansiyasının dayandırılması, Arazın, Kürün, Xəzərin çirklənməsinin qarşısının alınması və s.)
Bir-birinin iç işlərinə qarışmamaq prinsipi ilə ölkə ərazisində qonşu dövlətlərə qarşı fəaliyət göstərən fərdlərin və qrupların fəaliyyətini qadağan etmək və başqa dövlətlərdə Azərbaycan dövlətinə qarşı belə fəaliyyət göstərən orqanların fəaliyyətini qadağan edən aktların tətbiqinə nail olmaq;
Milli təhlükəsizliyi təmin edən dövlət orqanlarında islahatlar:
Milli təhlükəsizlik orqanlarının tam siyasətsizləşdirilməsi, ideologiyasızlaşdırılmasına və ölkənin rəqabət aparan siyasi güclərə neytrallığına nail olmaq məqsədi ilə ciddi qanunverici baza hazırlamaq;
Güc strukturlarının iç siyasətə müdaxiləsinin qadağan edilməsi.
Ordu:
Müdafiə nazirinin mülki şəxslərdən təyin edilməsi;
Ordunun NATO standartlarına uyğun modernləşdirilməsi;
Əsgərlərin və zabitlərin sosial, iqtisadi, mənəvi və psixoloji vəziyyətini yaxşılaşdırmaq;
Rütbələrin verilməsində hərbi quruculuq prinsiplərinə, varisliyə və xidməti qabiliyyətə dəqiq riayət edilməsini təmin etmək;
Orduda qeyri-nizamnamə münasibətlərini ləğv edən ciddi intizam və tərbiyə proqramlarını hazırlamaq;
Ordunun maddi-texniki bazasını sürəkli olaraq yeniləşdirmək və artırmaq;
Müdafiə sənayesinin inkişafını sürətləndirmək, milli silah sənayesinin elmi-texniki bazasını gücləndirmək istiqamətində dövlət tədbirləri həyata keçirmək;
Ordunun nüfuzdan salınmasına qarşı işin gücləndirilməsi;
Orduya dövlət və geniş ictimai nəzarəti təmin etmək;
Ordunun iç siyasətə qarışmasını, orduda hər cür qruplaşmaların qadağan edilməsi ilə bağlı qanunvericilik aktlarını hazırlayıb həyata keçirmək.
Milli təhlükəsizlik nazirliyi:
MTN-nin işini yenidən qurmaq;
Əməkdaşların peşə qabiliyyətini sürəkli təkmilləşdirmək, beynəlxalq əməkdaşlıq yolu ilə dünya standartlarına uyğunlaşdırmaq;
Vətəndaşların, cəmiyyətin və dövlətin  təhlükəsizliyində onun rolunu artırmaq;
Kəşfiyyat və əks kəşfiyyatın müasir tələblər səviyyəsinə qaldırılması üçün dövlət proqramı hazrlayıb həyata keçirmək;
Vətəndaşların milli təhlükəsizliyin qorunmasında iştirakını təmin etmək;
Milli təhlükəsizlik orqanlarına ictimai nəzarəti təmin etmək.
Hüquq mühafizə orqanları:
Vəndaşların daxili təhlükəsizliyi, hüquq və azadlıqlarının qorunmasının səviyyəsini yüksəltmək;
Daxili işlər nazirliyinin rəhbərinin mülki şəxslərdən təyin edilməsi;
Vətəndaşları sanksiyalaşdırılmamış dövlət zorakılığından sığortalayan sərt qanunlar hazırlayıb tətbiq edilməsi;
Prokurorluğun rolunun azaldılması, istintaqın ittihamdan ayrılması;
Vəkillik institutunun müstəqilləşdirilməsi və rolunun artırılması;
Məhkəmə orqanları:
Hakimlərin ömürlük seçilməsi;
Hakimlərin dövlət qoruması altına alınması;
Hakimlərin təminatının yüksəldilməsi;
Beynəlxalq məhkəmələrin qərarlarının icrasının yaxşılaşdırılması;
Qeyri-qanuni azadlıqdam məhrum etmə ilə bağlı məsuliyyətin artırılması;
Hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi.
Tibb orqanları:
Səhiyyə nazirliyinin kadr bazasını möhkəmləndirmək, tibb işçiləri arasında mənəvi psixoloji iş aparmaq, onların təkmilləşdirilməsini yüksəltmək;
Müalicə, profilaktika və dispanserizasiya işini yenidən qurmaq;
Ölkəyə gətirilən dərman, ərzaq və digər istehlak malları üzərində tibbi nəzarət edən müstəqil orqanlar yaratmaq;
Ziyanlı dərmanlar gətirilməsi üzərində sərt dövlət nəzarəti həyata keçirmək, qeyri-qanuni orqan köçürülmələrinin qarşısını alan tədbirlər görmək;
Sanitar xidmətin rolunu və maddi texniki bazasını gücləndirmək. Sanitar xidməti müstəqil dövlət orqanına çevirmək. Sanitar standartları müəyyən edib tətbiq etmək;
Vətəndaşların sağlamlığına ziyan vuran qida və digər istehlak mallarının istehsalını, ölkəyə gətirilməsini və istifadəsini qadağan edən ərzaq təhlükəsizliyi proqramını həyata keçirmək;
İnsan alverinin hər cür təzahürlərinin qarşısını alan dövlət proqramının hazırlanıb həyata keçirilməsi, xarici dövlətlərlə insan alverinə qarşı birgə mübarizənin təşkili;
Narkomaniyaya qarşı effektli mübarizə tədbirlərinin həyata keçirilməsi;
Tibb orqanlarının fəaliyətinə ictimai nəzarəti təmin etmək.


Printer »»»