Sərdar Cəlaloğlu Türkiyənin TRT televiziyasına müsahibə verib

26.09.2013

Azərbaycan Demokrat Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu Türkiyənin TRT kanalına özünün seçki platformasi ilə bağlı geniş açıqlama verib. S.Cəlaloğlu bu müsahibəsində ölkəmizdəki ictimai-syasi vəziyyət, seçki kompaniyasının hazırkı durumu barədə fikirlər səsləndirib. ADP sədri prezident seçiləcəyi halda  ölkəmizdə demokratikləşmənin təmin edilməsi, insan haqlarının qorunması, neft strategiyası, gənclərin problemlərinin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə yolları, xarici siyasətimizin əsas prioriteti olan qardaş Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlığın  daha da mökəmləndirilməsi və Qarabağ probleminin həlli yoları haqda konsepsiyasını diqqətə çatdırıb.

Printer »»»