ADP-nin prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir

06.09.2013

ADP-nin prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir. Bu günə kimi ölkə üzrə 15 minə yaxın seçici imzası toplanaraq partiyanın Seçki Qərargahına təhvil verilib. Seçki Qərargahına daxil olan imza vərəqələri yoxlamadan keçirilir. ADP imzatoplama kampaniyasını sentyabrın 8-də yekunlaşdırmağı planlaşdırıb. Bununla bağlı bütün rayon təşkilatlarına imza vərəqələrini ən geci sentyabrın 8-nə kimi Seçki Qərargahına təhvil verilməsi ilə bağlı göstəriş verilib.  Bir çox yerlərdə imzatoplama kampaniyasına kobud müdaxilələr baş verir. Vətəndaşları imza verməkdən çəkindirən hallar müşahidə edilməkdədir.
Bir çox qaçqın rayonlarının o, cümlədən Qubadlı rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara müxalifətdən olan namizədlərə imza verilməməsi ilə bağlı göstəriş verildiyi deyilir. Naxçıvanda da ADP üzvləri imzatoplama kampaniyasında ciddi problemlərlə üzləşməkdədir. Sumqayıt şəhərində imza toplayan ADP-çi Azər Vəliyev, Qaradağ rayonun Sahil qəsəbəsində İmza toplayan ADP-çi Könül Əsgərova və Nizami rayonu ərazisində imza toplayan Ceyhun Əhmədov hədə-qorxu və hədələrlə üzləşib. Onların imza toplamasına özlərini yerli icra və idarəetmə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər mane olub.

Printer »»»