“Nə İctimai Palata, nə də Milli Şura şəklində seçkilərə getmək düz deyil”

18.08.2013

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışı ilə bağlı ümidlər azaldıqca, vəziyyətdən çıxış yolları haqda müzakirələr də artmaqdadır. Siyasilərin bir qismi mövcud reallığa rəğmən, hələ də R.İbrahimbəyovun namizədliyi üzərində təkid etsə də, bəziləri yeni namizədlər təklifi ilə çıxış edir, digər bir qisim siyasi isə gələcək məğlubiyyətin  qaçılmazlığından bəhs edir ki, bütün bunlar da demokratik düşərgənin içində olduğu çarəsizlikdən xəbər verir. Odur ki, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə mövcud problemlərin yaranma səbəblərindən bəhs etməklə yanaşı, bu problemlərin həlli yollarına da aydınlıq gətirməyə çalışdıq.
(Əvvəli ötən sayımızda)

- Sərdar bəy, son günlər İctimai Palatanın aktivləşməsi müşahidə olunur. Sizcə, İctimai Palatanın siyasi sferada yenidən fəallaşması Milli Şuranın uğursuzluğu ilə bağlıdır?
- Əslində uğursuzluq nə Milli Şura, nə də İctimai Palatadadır. Uğursuzluq AXCP və Müsavat arasındakı münasibətlərdədir. Hansı ki, bu münasibətlər bu günə qədər də yoluna qoyulmayıb. Özlərini “ana müxalifət” kimi təqdim edənlərin işi yad siyasi layihələrdə iştirak etməkdən ibarətdir. İctimai Palata uzun müddət ərzində prezident seçkiləri haqqında danışmağı xəyanət hesab edirdi. Bildirilirdi ki, ancaq parlament seçkilərindən danışmaq olar. Prezident seçkilərinə 4 illik hazırlıq fürsəti əldən buraxılandan sonra, İctimai Palata özünü yeganə güc mərkəzi kimi təqdim etdiyi bir məqamda qurama bir Milli Şura meydana çıxdı. İctimai Palata sürətlə arxa plana keçdi. Müxalifətin ən böyük güc mərkəzi olan bir təşkilat birdən-birə gücsüz, vecsiz, lazımsız bir qurum kimi cəmiyyətə təqdim olundu. İctimai Palata ətrafında yaradılan ajiotaj Milli Şuranın üzərinə köçürüldü. Bu gün isə əksinə, Milli Şura ilə bağlı ajiotajı yenidən İctima Palatanın üzərinə köçürmək istəyirlər. Bu gün biz görürük ki, ortada konkret təşkilat və siyasətçilərin gücü ilə deyil, xalqı çaşdırmaq niyyəti güdən ajiotajlar həyata keçirilir və bunu istənilən şəxs və partiya ətrafında yarada bilirlər. Bu gün Milli Şura layihəsi iflasa uğradığına görə, eyni ajiotajı İctimai Palata ətrafında yaratmağa çalışırlar. Lakin unudurlar ki, İctimai Palata da iflasa uğrayıb. Çünki Milli Şuranın özəyini təşkil edən İctimai Palatadır. Yəni İctimai Palatanı təmsil edən qüvvələr bu gün Milli Şuradadır. Əgər bu gün Milli Şura layihəsi iflasa uğrayıbsa, bu layihədə iştirak edən qüvvələr yanlış yol tutub və uğursuz nəticə ilə qarşılaşıblarsa, onlar İctimai Palatada necə, hansı potensialla nailiyyət qazanacaqlar? Ona görə də mənə belə gəlir ki, nə İctimai Palata, nə də Milli Şura şəklində seçkilərə getmək düz deyil. Mən bununla bağlı İsa Qəmbərə də tövsiyyə edərdim. Bildiyiniz kimi, mənim ona hörmətim var. Yaxşı olardı ki, İsa Qəmbər təkbaşına seçkiyə getsin. Ictimai Palataya təkrar seçki məsələsini qaytarmaq ən az bir ay da yersiz diskussiya və müzakirələr deməkdir. Bu müəyyən qarşıdurma və intriqalara da yol açacaq. Müxalifət onsuz da vaxt resursunu izafi olaraq xərcləyib. Bu ehtiyatı havaya sovurub. Bundan sonra da proseslər bu məcrada inkişaf edəcəksə, bu, müxalifətin qalibiyyətin şansını sıfıra endirəcək.
- Bütövlükdə mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hazırkı şərtlər daxilində atılacaq ən doğru addım nədən ibarət ola bilər?
- Bataqlığa düşən insan çapaladıqca daha çox batır. Müxalifət liderlərinin düzgün siyasi xətt tutmaması, dünyada gedən qlobal prosesləri doğru təhlil etməməsi səbəbi ilə dərin bir bataqlığa düşüblər. Onlar bu batalıqda nə qədər çox çapalayacaqlarsa, bir o qədər də çox batacaqlar. Mənə elə gəlir ki, artıq yeni cəhdlər etmək, yeni bir güc mərkəzi yaratmaq, özlərini Azərbaycan müxalifətinin aparıcı qüvvəsi kimi təqdim eləmək, yenidən çapalamaq bu batışı sürətləndirəcək. Çünki seçkiyə iki ay qalır. Seçkilərlə bağlı İctimai Palatnın fəaliyyətini aktivləşdirsələr belə, İctimai Palata bu məsələdə heç bir nailiyyət əldə edə bilməyəck. İctimai Palata xalqın ittiham hədəfinə çevriləcək. Buna görə də indiki məqamda ən yaxşısı hər bir partiyanın ayrı-ayrılıqda seçkiyə getməsidir. Namizədlər qeydiyyata alınandan sonra, bir namizədlə bağlı razılaşma əldə edib digər şəxslər öz namizədliklərini geri çəkə bilər. Seçkilərin ikinci turda davam etməsinə nail olmaq olar. Ikinci tura keçən lideri qalan bütün liderlər dəstəkləyə bilər.
- Sizcə, beynəlxalq güclərin seçkiöncəsi Azərbaycana baxışı nədən ibarətdir və ölkədaxili demokratik qüvvələr Qərbin yardımına ümid edə bilərmi?
- Biz seçkilərə çox yaxınıq. Beynəlxalq təşkilatların seçkilərlə bağlı maşhidəçi göndərməməsi, Amerika səfirinin seçkilərin irəli çəkilməsi ilə bağlı təbriki – hansı ki, bu, təbrk edilməli deyil, ittiham edilməsi gərəkən bir məsələ idi – ölkədəki seçkiqabağı şərait, beynəlxalq ictimaiyyətin susqunluğu və s. vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir. Doğrudur, mən əminəm ki, Qərbin bu mövqeyi Rusiya faktorunun aktivləşməsi ilə bağlıdır. Qərb indiki çətin vəziyyətdə Azərbaycan hakimiyyətini iki güc mərkəzi qarşısında seçim etmək məcburiyyəti qarşısında qoymaq istəmir. Lakin bütün bu şərtlər daxilində seçkinin nəticəsi məlumdur. Biz o vaxt Amerika səfiri ilə Azərbaycanda demokratiyaya təcridi keçid məsələsini müzakirə edəndə Azərbaycan müxalifətinin bəzi liderləri təcridi keçidin qəti əleyhinə çıxış etdilər. Onlar inqilabi yolla Azərbaycanda demokratiyaya keçidin tərəfdarı kimi özlərini təqim etdilər. Elə hesab edirəm ki, biz vaxtında Amerika və Qərbin Azərbaycanda demokratiyaya təcridi keçidlə bağlı layihəsini dəstəkləsəydik, Azərbaycan xalqı çoxdan indiki vəziyyətdən xilas olmuşdu. Biz hər hansı kataklizmsiz demokratik islahatların həyata keçirilməsinə start vermək istəyirdik. Lakin müxalifət bu layihədə yer tutmaq istəmədi. Özünü radikal hesab edən müxalifət demokratiyaya keçidin radikal tərəfdarı kimi çıxış edib. Amma bütün dünya avtoritarizmdən demokratiyaya keçidin Yaxın Şərq modelini görür. Misir, İraq, Suriya, Əfqanıstan, Liviya və s. ölkələr buna nümunədir. Bizim öz tariximizə nəzər salın. Biz birbaşa demokratiyaya keçdik və nəticədə Elçibəy cəmi 6 ay hakimiyyətdə qala bildi. Şükür Allaha ki, vətəndaş müharibəsi olmadı.
- Sözlərinizdən belə çıxır ki, yeganə düzgün yol demokratiyaya təcridi keçidə nail olmaqdır?
- Mən hesab edirəm ki, əgər biz Azərbaycanda real dəyişikliyin baş verməsini istəyiriksə, demokratiyaya təcridi keçidi müdafiə etməliyik. Bu proyektlərdə iştirak erməliyik. Doğrudur, ilk baxışdan belə görsənir ki, biz bunları dilə gətirməklə iqtidarın hakimiyyətdə qalmasına xidmət edirik. Zahirən bu, müxalifətin əleyhinə olan bir addım kimi də görsənə bilər. Amma qlobal şərtləri, ölkədəki vəziyyəti, keçidin özünün xarakterini, fəlsəfəsini nəzərə alsaq, görərik ki, əslində bundan başqa ikinci bir yol yoxdur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan...
Printer »»»