Azərbaycanın istiqlaliyyətinə xidmət edən qüvvələrin Rusiya proyektində iştirak görə utanıram

16.08.2013

AXCP sədri Əli Kərimli Obyektiv.tv-yə açıqlamasında Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesinin ləngiməsini bürokratik əngəllərlə izah edib. Habelə Ə.Kərimli qeyd edib ki, Rusiyanın hələ də R.İbrahimbəyovu öz vətəndaşlığından azad etməməsi Milli Şuranın Rusiya layihəsi olduğunu iddia edənlər üçün bu iddianın yanlışlığını isbat edən sübutdur. Məhz bu baxımdan da AXCP sədri Milli Şuranın rus layihəsi olduğunu qeyd edənlərin utanmalı olduğunu qeyd edib. Bununla bağlı açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu baş verə bilənlərdən utandığını, lakin bu utancın tamam başqa amillərdən qaynaqlandığını vurğuladı: “Təbii ki, mən baş verənlərdən utanıram.
Lakin ona görə yox ki, Milli Şuranın Rusiya layihəsi olduğunu düşünmüşəm və bu gün də düşünürəm. Mən 20 ildir ki, guya Azərbaycanın istiqlaliyyətinə xidmət edən qüvvələrin Rusiya proyektində iştirak etdiyinə görə utanıram. Mən utanıram ki, özünü istiqlalçı, demokrat elan edən bu qüvvələr Rusiyanın Azərbaycanın dövlət maraqlarına zərbə vuran, onun müstəqilliyini məhdudlaşdıran layihəsində yer alır. Mənim utanmağımın başqa səbəbi yoxdur”.

Printer »»»