“Bizi narahat edən Qərbin demokratiyaya keçidlə bağlı fürsətləri dəyərləndirməməsidir”

23.08.2013

“Bizi narahat edən əsas məsələ İlham Əliyevin namizədliyi deyil”. Bu sözləri açıqlamasında ADP sədrinin I müavini Həsrət Rüstəmov bildirib. H.Rüstəmovun sözlərinə görə, onları ən çox narahat edən Qərbin demokratik dəyişikliklər baxımından yaranan fürsətlərdən lazımınca istifadə etməməsidir: “Bizi ən çox narahat edən məsələ budur ki, Qərb hər dəfə fürsəti fövtə verir və demokratiyaya yumşaq keçidə də nail ola bilmir. Bu seçkilərdə də hökumətin demokratiyaya doğru yumşaq keçidi xatırladan hansısa addımlar atacağına heç bir ümidimiz yoxdur. Əgər belə bir şey olsa, təbii ki, bu, demokratik qüvvələri müəyyən qədər razı sala bilər”.

Printer »»»