Ali Məclisinin sessiyası çağırılıb

27.08.2013

Azərbaycan Demokrat Patiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantının gündəliyində bir məsələ - ADP-nin qarşıdan gələn Prezident seçkilərində iştirakı ilə bağlı məsələ durub. Toplantı iştirakçıları partiyanın seçkilərdə iştirakı ilə bağlı geniş müzakirələr aparılıb. Aparılan müzakirələrin yekunu olaraq İdarə Heyəti partiyanın qarşıdan gələn president seçkilərində iştirakı məsələsi ilə bağlı son qərarın verilməsi üçün partiyanın Ali Məclisin sessiyasının çağrılması barədə qərar qəbul edilib. ADP Ali Məclisinin növbəti sessiyası 28 avqust 2013-cü ildə  saat 12.00-da partiyanın mərkəzi qərargahında keçiriləcək.
Printer »»»