Hürriyyətin müxbiri zorakılığa məruz qaldı.

12.05.2013


Bakı şəhərində keçirilən gül bayramında “HÜRRİYYƏT” qəzetinin fotomüxbiri,   ADP – nin Gənclər təşkilatının sədr müavini Azər Sadıxov zorakılıqla üzləşib.
Belə ki, o, gül bayramından fotoreportaj hazırlamaq məqsədilə Heydər Əliyev adına sarayın qarşısına gedib. Həmin ərazidə foto və videoçəkiliş aparakən polis və mülki geyimli şəxslər ona yaxınlaşaraq çəkilişə imkan verməyiblər. Bu zaman Azər Sadıxov özünün jurnalist vəsiqəsini təqdim edərək, reportaj hazırladığını bildirib. Bu zaman polis və mülki geyimli şəxslər onun fotoaparatını almaq istəyib. Azər Sadıxov buna imkan vermədikdə həmin şəxslərin zorakılığına məruz qalıb. Polis və mülki geyimli şəxslər Azər Sadıxovu sürüyərək ərazidən uzaqlaşdırmış, yaxınlıqda olan post patrul xidmətinin maşınına salıblar. Maşında ona fiziki zor tətbiq edərək əlindəki fotoaparatını alıblar. Azər Sadıxov bir neçə saat ac-sussuz maşında saxlanılmış, tədbir yekunlaşandan sonra axşam saatlarında sərbəst buraxılıb. Polis əməkdaşları fotoaparatda olan foto və video kadrları sildikdən sonra geri qaytarıblar.
Printer »»»