ADP-DƏ YENİ TƏYİNATLAR

19.03.2013

ADP sədri Sərdar Cəlaloğlu partiyanın gənclərlə işini gücləndirmək məqsədilə yeni əmr imzalayıb. Əmrdə partiyanın nizamnaməsi və gənclərlə iş üzrə müavinliyin əsasnaməsinə istinad edən partiya sədri adı çəkilən müavinlikdə dörd yeni posta fəal gəncləri təyin edib. Belə ki, bundan sonra gənclələ iş üzrə müavinlikdə Osman Əhmədov təşkilati işlərə, Azər Sadıxov ictimai əlaqələrə, İlham Həziyev mətbuatla əlaqələrə, Elşən Şahbazov isə seçki və hüquq məsələlərinə cavabdeh olacaq. Qeyd edək ki, adıçəkilən şəxslər vəzifələrini ictimai əsaslarla həyata keçirəcəklər. 
Printer »»»