ADP- çi gənclərin məhkəməsi keçirilib

29.03.2013

ADP- çi gənclər təşkilatının sədir müavini  Azər Sadıxov və Osman Əhmədovun şikayətləri əsasında 27.03.13  tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə prosesi həyata keçrilib. BAM-nin hakimi, Səbayil Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Məhkəmə prosesində hakim tərəfindən hədə qorxu və təzyilərə üzləşən gənc fəallar tutduqları yoldan dönməyəcəklərini hakimin nəzər diqqətinə çatdırıblar. Xatırladaq ki, ADP-çi gənclər təşkilatının sədir müavini   A. Sadıxov və O. Əhmədov 10 mart “fəvvarələr meydanında “ Əsgər ölümünə son” aksiyasında iştirak etdiklərinə görə Səbayil RPİ-ndə bir gün saxlandıqdan sonra, 11 mart 2013-cü il tarixdə Sabail Rayon Məhkəməsi tərəfindən hərəyə 500 manat cərimə ediliblər.

Printer »»»