Həsrət Qurbanəli oğlu Rüstəmov

Həsrət Qurbanəli oğlu Rüstəmov 26 sentyabr 1970-ci ildə Lerik rayonunda anadan olub.
  • 1977-87-ci illərdə, Lerik rayonu Bobla kənd 8 illik məktəbində və Bakı şəhəri 5 saylı kimya-biologiya təmayüllü orta internat məktəbində orta təhsil alıb.
  • 1987-1993-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil alıb.
  • Müxtəlif vaxtlarda Bakı, Əzizbəyov rayonu 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Saatlı Rayon Mərkəzi Xəstəxanasında işləyib.
    1989-cu ildən *Azərbaycanın müstəqilliyi uğrunda aparılan siyasi mübarizədə iştirak edib.
  • 1993-cü ildən Azərbaycan Demokrat Partiyasına üzv olub.
  • Müxtəlif vaxtlarda partiyanın Nəsimi və Saatlı Rayon Təşkilatlarında katib, partiyanın mərkəzi aparatında təlimçi, katib və partiya sədrinin müavini vəzifələrində çalışmışdır.
  • Hazırda ADP sədrinin birinci müavinidir.
  • Azərbaycanın Ermənistanla sərhəd xəttində, cəbhə bölgəsində hərbi xidmət keçib. Ehtiyyatda olan tibb xidməti baş leytenantıdır.
  • Evlidir bir oğlu var.
Printer »»»