ADP MƏRKƏZİ SEÇKİ QƏRARGAHI TOPLANDI

31.08.2015


Bu gün Taliyyət Əliyevin sədrliyi ilə ADP Mərkəzi Seçki Qərargahının növbəti iclası keçirilib. 
İclasda partiyanın 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə partiyanın iştirakına dair məsələlər müzakirə edilib. Partiyanın seçkilərdə namizəd olacaq üzvlərinin siyahısının müəyyənləşdirilməsi prosesi davam etdirilib, yerli təşkilatlardan daxil olan müraciətlərə baxılıb və seçkilərdə iştirakın qanuni-hüquqi prosedurlarına dair təlimatlar qəbul edilib.
Qərara alınıb ki, ADP Ali Məclisinin 05 avqustda keçirilməsi planlaşdırılan iclasının gündəliyinə partiyanın seçkilərdə iştirak məsələsi, partiyanın namizədlər siyahısının dairələr üzrə təsdiq olunması və digər təşkilati məsələlər daxil edilsin. İclasda həmçinin bəzi cari məsələlər də müzakirə edilib və müvafiq qərarlar verilib.


Printer »»»