05.09.2015
Printer »»»
Bu gün ADP Ali Məclisinin növbəti iclası keçirilib. İclasda Respublikada ictimai siyasi vəziyyət, təşkilati məsələlər, partiyanın 01 noyabr 2015-ci il parlament seçkilərində iştirakı ilə əlaqədar məsələ və digər məsələlər müzakirə edilib.
İlk növbədə Ali Məclisin rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə yolu ilə Ali Məclisin üzvü İsa Cəfərov Ali Məclisin sədri, Nəbi Abbasov Ali Məclisin sədrinin müavini, Mehparə Bəylərova isə Ali Məclisin katibi seçiliblər. İctimai siyasi vəziyyətlə əlaqədar partiyanın sədri Sərdar Cəlaloğlu məruzə ilə çıxış edib. Müzakirələrdən sonra ölkədə insan hüquqlarının vəziyyətinə dair bəyanat qəbul edilib. (bəyanat mətnə əlavə edilib) İclasda 1 noyabr 2015- ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə ADP-nin iştirakına dair məsələ müzakirə edilib. Partiya adından aşağıdakı dairələrdən namizədlərin irəli sürülməsi haqqında qərar qəbul edilib:
1. Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki dairəsi;
2. Həsrət Rüstəmov – 14 saylı Xəzər seçki dairəsi;
3. Nazilə Soltanova – 17 saylı Yasamal 2-ci seçki dairəsi;
4. Taliyyət Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;
5. Rəşid Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;
6. Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail seçki dairəsi;
7. Nurəddin İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi;
8. Mehparə Bəylərova – 33 saylı Xətai 1-ci seçki dairəsi;
9. Zakir Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;
10. Vasif Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;
11. Xaliddin Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;
12. İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi;
13. Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;
14. Əli Rəfiyev – 47 saylı Mingəçevir seçki dairəsi;
15. Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;
16. Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi;
17. Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər seçki dairəsi (bitərəf);
18. Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı seçki dairəsi;
19. İlqar Qənbərov – 77 saylı Astara seçki dairəsi;
20. Xanoy Musayev - 110 saylı Zaqatala seçki dairəsi;
21. Mübariz İsmayılov – 111 saylı Zaqatala-Balakən seçki dairəsi;
İclasda həmçinin parlament seçkilərinə dair digər hüquqi prosedurlara dair müvafiq qərarlar qəbul edilib.