İsrailin Fələstin dövlətinə qarşı ilhaqçı siyasəti...

30.03.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Avropa Komissiyasının martın 25-də Avropaya Yaxın Qonşuluq proqramına daxil olan ölkələrlə bağlı yaydığı hesabata münasibət bildirib.

İdarə Heyəti hesabatda iqtisadi sahədə bir sıra müsbət irəliləyişlərin qeyd edilməsinə baxmayaraq ölkəmizdə demokratiyaya keçid, insan haqları və fundamental azadlıqlar barədə geriləmələr, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin məhdudlaşdırılması, siyasi məhbus probleminin gündəmdə qalması, siyasi fəallara, qeyri-hökumət təşkilatları rəhbərlərinə qarşı repressiya və həbs siyasətinin həyata keçirilməsi, seçki sisteminin ATƏT-in DTİHB-nun tələblərinə uyğun olmaması, siyasi plüralizm, söz mətbuat və sərbəst toplaşma azadlığı ilə bağlı problemlərin aradan qaldırılmaması barədə əksini tapan tənqidi qeydlərin Azərbaycan reallığını əks etdirdiyini diqqətə çatdırıb və hakimiyyəti hesabatda əksini tapan neqativləri aradan qaldırmağa, insan haqları və demokratiya ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.

İdarə Heyəti İsrailin baş naziri Netanyahunun Fələstini bir dövlət kimi tanımayacağı barədə səsləndirdiyi bəyanatı bu dövlətin Fələstin dövlətinə qarşı ilhaqçı siyasəti, dövlətlərin ərazi bütövlüyü və suverenluiyi ilə bağlı beynəlxalq hüquq normalarınına sayğısızlıq kimi qiymətləndirmiş, eyni zamanda ABŞ rəsmilərinin, xüsusilə ABŞ prezidenti B.Obamanın Fələstin dövlətinin tanınmasının Yaxın və Orta Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında vacib şərt olduğunu dilə gətirməsini müsbət dəyərləndirib və dünya dövlətlərini Fələstin dövlətini tanımağa çağırıb.

İdarə Heyəti Rusiya Dövlət Dumasının spikeri V.Jirinovskinin Dağlıq Qarabağa rus qoşunlarının yeridilməsinin vacibliyi, DQ ərazisində MDB-yə məxsus bayrağın asılması ilə bağlı sərsəm bəyanatına münasibət bildirib və bu cür bəyanatların Azərbaycanın müstəqilliyi və suverenliyinə qarşı olmaqla bərabər işğalçı Ermənistana Rusiyanın himayədarlığı, onların təcavüzkar siyasətinə bəraət qazandırmaq cəhdi kimi dəyərləndirib və hakimiyyəti Rusiya rəsmilərinin imperialist niyyətli bu cür bəyanatlarına adekvat reaksiya verməyə, iki dövlət arasında münasibətlərin pozulmasına səbəb ola biləcək bu məsələ ilə bağlı Rusiya dövlətindən arayış tələb etməyə çağırıb.

İdarə Heyəti Avropa mətbuatında Bakıda bu ilin iyununda keçiriləcək Yay Avropa Oyunlarını ikinci dərəcəli turnir kimi dəyərləndirilməsi və əsl Avropa Oyunlarının 2018-ci ildə Berlin və Qlaziko şəhərlərində keçirilməsi ilə bağlı yayımlanan məlumatlara münasibət bildirib və hakimiyyəti bu məsələ ilə bağlı ictimaiyyətə dəqiq məlumat verməyə və milyonlarla vəsait hesabına başa gələn Avropa Yay Oyunlarının ətrafında yayılan bu informasiyalara aydınlıq gətirməyə çağırıb.

İdarə Heyəti manatın devolvasiyaya uğrmasından sonra ölkəmizdə sosial-iqtisadi gərginliklərin, iqtisadi tənəzzülün yaşandığı bir vaxtda reklam xatirinə xarici futbol komandalarına küllü miqdarda vəsait ayrılması, milyonlarla vəsait hesabına başa gələn müxtəlif tipli heyvanların Azərbaycana gətiriləməsi ilə bağlı məsələni narahatçılıqla qarşılayıb və hakimiyyəti ölkəmizin çıxarlarına uyğun olmayan, israfçılığa xidmət edən, vətəndaşların güzəranına mənfi təsir göstərən bu cür effektsiz addımlardan geri durmağa çağırıb.

Printer »»»