Azərbaycanda müxalifət yerini tutan hər kəs özünü digərlərindən daha çox müxalifətçi kimi təqdim edir ...

24.02.2015

ADP sədrinin mətbuat məsələləri üzrə müvini N.İsmayıl Milli Şuranın üzvü E.Quliyevin “Azadlıq” qəzetinin dünənki sayında ADP sədri S.Cəlaloğlu və bütövlükdə müxalif düşərgənin təmsilçiləri barədə dərc olunan ittiham və rişxənd dolu yazısına çavab olaraq mətbuat üçün açıqlama verib. Açıqlamada deyilir.

“Azərbaycanda müxalifət yerini tutan hər kəs özünü digərlərindən daha çox müxalifətçi kimi təqdim edir və nədənsə, başqalarına müxalif haqqı tanımaq istəmir. Çoxları elə sanır ki, müxalifətçi olmaq iqtidarı, xoşlamadığı halda müxalif həmkarını sərt dillə tənqid və bəzən də təhqir həddinə çatan ifadələr işlətməkdən, ya da ara-sıra növbətçi piket-mitinq keçirməklə xalqın gözünə kül üfürməkdən ibarətdir.
Bu cür insanlar ibarəbazlıqdan, başqalarını tənqid və təhqir hədəfinə çevirməzdən əvvəl özünə və hədəfə çevirmək istədiyi insanların keçdiyi yola nəzər salmalı, müxalifətçiliyin fəlsəfəsinə epizodik hallara görə qiymət verməməlidir.


Bir vaxtlar hakimiyyət qazanında əriyib ərpə dönməyin yarışına duran, xəlvət guşələrdə hakimiyytlə bazarlıq edənlər, nədənsə öz keçmişlərinə boylanmaq əvəzinə hakimiyyətlə dialoqda bulunmaq, ölkədəki gərginliyi azaltmaq, vətəndaş həmrəyliyinə yol açmaq istəyən müxalif qüvvələri etikanın əks üzü ilə ləkələməyə can atırlar. Bu qəbildən olan insanlar sırasında Milli Şuranın üzvü E.Quliyev öndə gedən şəxslərdəndir. Onun “Azadlıq” qəzetinin dünənki sayında dialoqa gedən müxalif insanları, konkret olaraq Qarabağ Blokunun həmsədrlərini hədəfə alması, guya hakimiyyətin alt kateqoriyalı məmurları ilə görüşə can atması müqabilində manatın məzənnəsinin aşağı düşməsi faktına susqunluq göstərməsi ilə bağlı yazısı dərc olunub. Sən demə hakimiyyətlə dialoq qurmaq xəyanət, qıraqda durub hər olaya mız qoymaq cəsarət imiş. Bir də başqalarına qara yaxmaq, digər partiyaların gördüyü işlərə kölgə salmaq elə də istedad tələb etmir. Amma biriləri hər şeyi görməməzlikdən gələndə faktları ortaya qoymağa ehtiyac duyulur.

Hörmətli Eldəniz bəyə xatırlatmaq istəyirəm ki, öz dediklərinin gerçək olmadığını aydınlaşdırmaq üçün elə həmin gün demokrat partiyasının bütün saytlarda yer alan və kəskinliyi, siyasi çəkisi etibarı ilə onun hakimiyyətə yönəlik patoloji yanaşmasından ağır gələn informasiya bülleteninə nəzər salsın və görsün ki, boşuna laf etmək sanballı siyasətçilərin işi deyil. Əgər kiminsə saytlara boylanmaq həvəsi yoxdursa, həmin mətni olduğu kimi təqdim edirik.

“Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə ölkə həyatının iqtisadi sistemini silkələyən, əhalini ciddi sosal-iqtisadi sınaqlar qarşısında qoyan manatın məzəndəsinin kəskin şəkildə aşağı düşməsi məsələsinə münasibət bildirib və bu faktı ölkdə yeridilən yanlış iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirib. İstehsal böhranının nəticəsi olaraq ortaya çıxan bu faktın sonradan maliyyə-kredeidit və ardınca istehlak bohranın yarada biləcəyini diqqətə çəkən partiya rəsmiləri bu böhranın qarşısının alınması üçün ölkədə hökm sürən korrupsiya və monopolizmin kökünün kəsilməsi, məzəndənin aşağı düşməsi fonunda uyğun indeksasiya siyasətinin həyata keçirilməsi, qiymət artımının qarşısının alınması, orta və kiçik biznesə tətbiq edilən vergi yüklərinin azaldılması, bank sistemində islahatların aparılması, aztəminatlı aillərin və təqüdçülərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hakimiyyətə çağrışlar

edib, iqtisadi siyasəıtin təkmilləşdirilməsi, bazar iqtisadiyyatına yuğunlaşdırılması sahəsində ciddi və təsirli addımlar atmağa çağırıb”

Mətndən də göründüyü kimi manatın məzənnəsinin aşağı düşməsi ilə bağlı məsələyə nəinki zamanında mövqe bildirilmiş, eləcə də bu yanlış iqtisadi siyasətin xalqa qaqrşı yönəldiyi aydın dillə ifadə edilnişdir. O ki, qaldı ADP sədri S.Cəlaloğlunu “şparkalka”dan istifadə edib müsahibə vermək məsələsinə, ondan müsahibə alan yurnalistlər, siyai həmkarları, onunla təmasda olan hər kəs bu fikrin qərəzli olduğunu dilə gətirə bilər. S.Cəlaloğlunun yazdığı əsərləri bir qırağa qoyub, təkcə verdiyi müsahibələrə diqqət etsəniz onun ictimai-siyasi məsələlərə fundamental, eilmi və orjinal yanaşma tərzini görə bilərsiniz. Sən mənim xoşuma gəlmirsən deyə, uzun illər birgə mübarizə apardığın insanlara siyasətçi dilinə yad olan ifadələrlə çirkab atmaq, əlbəttə heç bir siyasətçiyə yaraşmayan haldır, özəlliklə incəsənət sahəsinə iddialı şəxslər üçün”.

Printer »»»