ADP hakimiyyəti repressiyaları dayandırmağa çağırdı

08.12.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə “Azadlıq” radiosunun əməkdaşı, araşdırıcı yurnalist X.İsmayılov barədə 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Partiya yetkililəri bu həbsi ölkədə xeyli zamandır vətəndaş cəmiyyəti institlarına, QHT-rə, azad jurnalistlərə, gənc siyasi aktivlərə qarşı başladılan repressiya və həbslərin davamı kimi qiymətləndirib və bu cür siyasi motivli həbslərin həyata keçirilməsini qətiyyətlə pisləyib.
Qeyd edilib ki, istər X.İsmayılovanın, istərsə də bundan əvvəl həyata keçirilən bu cür həbslər ölkədə hökm sürən repressiyadan, avtoritar rejimin demokratiya üzərundə hegemonluğundan, insan haqlarının kobud şəkildə pozulmasından xəbər verən hadisələrdir və hakimiyyətin atdığı bu addımlar onun Avroatlantik məkana inteqrasiya olunma barədə elan etdiyi siyasi kursa zidd olmaqla yanaşı, üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirilməlidir və bu antidemokratik hərəkətlər respublikamızın beynəlxalq imicinə ciddi ziyan vurur. İdarə heyəti hakimiyyəti ölkədə başladılan repressiya və həbslərə son qoymağa, insan haqları, demokratiytanın qorunması ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə və siyasi motivlərlə həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.


İdarə heyəti KİV haqqında qanuna əlavə və dəyişiklilərin edilməsi ilə bağlı parlamentdə müzakirələr aparılmasına da münasibət bildirib və mətbuat orqanlarına bir ildə iki dəfə məhkəmə sanksiyasının tətbiqindən sonra həmin orqanın dərhal bağlanması şərtlərini özündə ehtiva edən belə bir mürtəce dəyişikliyin gündəmə gəlməsindən ciddi naraharlııq keçirdiyini ifadə edib. KİV haqqında qanuna əlavə və dəyişikliklərin bundan əvvəl də parlamentdə müzakirəyə çıxarılaraq hər dəfə əlavə edilən mürtəce dəyişikliklərin baş tutmasına münasibət bildirən partiya yetkiuliləri bu geriləmələri anti demokratik addım kimi dəyərləndirib və Venesiya komissiyasını müzakirə olunan məsələ ilə bağlı rəy bildirməyə, azad mətbatın məhdudlaşdırılmasına yönələn bu hərəkətlərin qarşısını almaq üçün ciddi və təsirli tədbirlər almağa çağırıb.

İdarə Heyəti Çeçenistanda baş verən terror hadisəsindən və bu olaylar nəticəsində günahsız insanların öldürülməsi faktından ciddi narahat olduğunu bildirib və bu terror hadisəsinin əsas qaynağının məhz postsovet məkanında hər cür terror və separatizmin qızışdırıcısı rolunda çıxış edən Rusiya siyasilərinin öz əməllərinin durduğunu qeyd edib və beynəlxalq təşkilatları Rusiyanın yeni mstəqil ölkələrdə körükləmək istədiyi terror və separatçı hərəkətlərinin qarşısını almaq üçün səylərini birləşdirməyə, dünyanın siyasi xəritəsinin zorla dəyişdirilməsinə yönələn bu cür imperialist cəhdlərin qarşısını almağa çağırıb.

İdarə Heyəti son vaxtlar kürd kökənli bir neçə şəxsin guya kürdlərin himayədarı rolunda çıxış edərək Azərbaycan ərazisində dini etnik zəmində təxribatlara əl atması, sosial şəbəkələrdə PKK və digər terror təşkilatlarının müdaifəçisi kimi çıxış etməsi, Qaraçuxurda yerləşən məscidin yandırılması faktından ciddi narahat olduğunu bildirib və milli təhlükəsizlik orqanlarını bu cür təxribatçılara qarşı tədbirlər görməyə, çoxmillətli ölkəmizin təhlükəsiz və qarşılıqlı hörmət əsasında birgə yaşamasına xidmət edən ayıq-sayıqlıq nümayiş etdirməyə çağırıb.

İclasda həmçinin bələdiyyə seçkilərinin gedişi ilə əlaqədar müzakirələr aparılıb. Partiyanın Zaqatala rayon təşkilatının iclasa qatılan nümayəndələrinin rayondakı vəziyyətlə bağlı məlumatı dinlənilib. Rayonda bələdiyyə seçkilərinin gedişində partiya üzvlərinə qarşı baş verən kobud qanun pozuntuları barəsində MSK-ya müraciət ünvanlaması qərara alınıb.

Printer »»»