Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

18.08.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 
Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər müzakirə edilib.
İdarə Heyəti ilk öncə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünə münasibət bildirib və Türkiyənin fəal iştirakı ilə ölkəmizin, eləcə də Gürcüstanın Avroatlantik məkana inteqrasiya olunması baxımından bu görüşün əhəmiyyətini diqqətə çəkib.
Partiya yetkililəri həmçinin Ermənistanın işğalçılıq niyyətlərindən və qonşu dövlətlərə qarşı əsassız torpaq iddialarından geri çəkildiyi halda Azərbaycan və Gürcüstanla birgə beynəlxalq layihələrdə iştirak etməsinin və NATO-ya inteqrasiya olunmasının Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması baxımından vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Türkiyənin Rusiyadakı səfirliyinə hücum edilməısi faktından ciddi narahat olduğunu bildirib və  rus hökumətini qardaş ölkənin səfirliyinə qarşı edilmiş bu təxribata aydınlıq gətirməyə və öz ərazisində akkredidasiya olunmuş bir ölkənin beynəlxalq hüquq normaları ilə təmin olunan toxunulmazlığına sayqı ilə yanaşmağa çağırıb.
İdarə Heyəti Türkiyənin yeni seçilmiş prezidenti T.Ərdoğanın ilk olaraq rəsmi səfərini Azərbaycana edəcəyini hər iki ölkə arasında strateji müttəfiqliyin sədaqəti kimi dəyərləndirib və yeni dönəmdə bu əlaqələrin daha geniş şəkildə inkişaf etdirilməsinin, beynəlxalq təhdidlərə qarşı birgə xarici siyasət yürütməyinin vacibliyini diqqətə çatdırıb və bu ilişkilərin təkcə ölkə prezidentləri arasında münasibətlərin qoruunmasına deyil, xalqlarımız arasında dərin iqtisadi, siyasi, mənəvi bağlılıqların möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
İdarə Heyəti “Sevil” massivində vətəndaşların iş adamları tərəfindən mülkiyyət hüququnun pozulmasını, öhdəlik götürən şəxslərin üzərinə götürdüyü vəzifələri yerinə yetirməməsini və bundan dolayı sakinlərə küllü miqdarda maddi ziyan dəyməsi faktını qətiyyətlə pisləyib və hakimiyyəti öz günahları ucbatından vətəndaşlara vurduğu ziyana görə məsul olan şəxsləri cəzalandırmağa, vətəndaşlara dəyən ziyanı ödətdirməyə və onların iqtisadi maraqlarının təmin edilməsi üçün müvafiq addımlar atmağa çağırıb.
İdarə Heyəti Rusiya hakimiyyətinin Sibir xalqlarının federasiyasının yaradılması məqsədi ilə akasiyalar keçirən şəxslərə qarşı güc tətbiq edilməsi, həbslər həyata keçirməsi faktını qətiyyətlə pisləyib və başqa ölkə xalqlarının unitar yapısının pozulmasına rəvac verdiyi halda öz tərkibinə daxil olan xalqların müstəqillik uğrunda mübarizəsini zorakı üsullarla dəf etməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və dünya ictimaiyyətini Rusiya xalqlarının öz müqəddəratını təyin etməsi ilə bağlı cəhdlərinin rus hökuməti tərəfindən qanlı üsullarla qarşısının alınmasına biganə qalmamağa çağırılb.   

Printer »»»