ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

13.01.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə həyatına bəzi məsələlər ətrafında müzakirələr aparılıb. Toplantı iştirakçıları ilk növbədə dövlət başçısının Nazirlər Kabinətində keçirdiyi 2013 cü ilin sosial iqtisadi yekunları ilə bağlı müşavirənin nəticələrinə münasibət bildirib.
İdarə Heyəti müşavirədə 2013-cü ildə ölkənin inqtisadi inkaşafı, yoxsulluq və işsizliyin aradan qaldırılması, iqtisadi gəlirlərin artması və digər inkişaf templəri ilə bağlı səslənən fikirlərin heç də reallığı əks etdirmədiyini bildirib və bu cür iqtisadi təhlillərin ölkənin real iqtisadi vəziyyəti ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
2013-cü ilin sosial iqtisadi yekunları üzrə təhlillərə əsaslanan partiya yetkililəri qeyd edib ki, cari ildə ölkə həyatında böyük iqtisadi dəyişiklər baş berməyib, əksinə bu müddət ərzində  infilyasiya və qiymət artımı şəraitində əhalinin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb, aztəminatlı ailələr keçən illə müqayisədə daha ağır şərtlər altında yaşamağa məcbur olub, işsizliklə bağlı problemlər aradan qaldırılmayıb.
İdarə Heyəti hakimiyyəti formal iqtisadi göstəriciləri qabartmaqla əsl sosial-iqtisadi vəziyyəti malalayan siyasət deyil, ölkə əhalisinin sosial güzəranın yaxşılaşdırılması, işsizliyin və yoxsulluğun aradan qaldırılması, süni qiymət artımının qarşısının alınması istiqamətində ciddi səylər göstərməyə və azatəminatlı ailələrin iqtisadi güzəranının qaldırılması, onlara dövlət qayğısının artırılması sahəsində addımlar atmağa, iqtisadi tərəqqiyə stimul verən dövlət siyasəti həyata keçirməyə çağırıb.
İdarə heyəti son vaxtlar əsaslı təmirinə küllü miqdarda vəsait xərclənmiş, yaşayış üçün yararalı və çağdaş tariximizin yadigarları olan binaların, o cümlədən H.Əliyev adına prospektdə ucalan yaraşıqlı binaların nizamsız və məqsədsiz olaraq sökdürülməsindən ciddi narahat olduğunu bildirib, əhalinin böyük hissəsinin mənzilə ehtiyacı olduğu halda bu söküntülərin aparılmasını məqsədə müvafiq hesab etmədiyini diqqətə çatdırıb və hakimiyyəti bu israfçılığa son qoymağa çağırıb.
Iclasda partiyadaxili bəzi məsələlər də müzakirə olunub və müvafiq qərarlar verilib.

Printer »»»