“Qurban Məmmədovun həbsi tam siyasi sifarişdir”

06.12.2013

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədova hökm oxunmasına münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, bu məhkəmə qərarı kimi deyil, bir qrup cinayətkarın qəbul etdiyi qərar olaraq dəyərləndirilməlidir: “Partiya olaraq mövqeyimizi bildirmişik. Bundan başqa nə edə bilərik ki?! Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub.
Hökmə əsasən, Q. Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq orqanı tərəfindən Q.Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

Printer »»»