ADP SƏDRİ VƏZİFƏSİNDƏN İSTEFA ETDİ

11.10.2013

Azərbaycan Demokrat Partiyasının sədri, partiyadan Respublika Prezidentliyinə  namizəd irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib. 
Ərizədə deyilir:
“Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm.
2013-cü il Prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm.
 
Bunları nəzərə alaraq ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.
Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz. 
S.Cəlaloğlu
11 oktyabr 2013-cü il
Bakı şəhəri”
Partiya sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.  

Printer »»»