ADP İDARƏ HEYƏTİ SEÇKİYƏ MÜNASİBƏT BİLDİRDİ

17.10.2013

ADP İdarə Heyəti 9 oktyabr prezident seçkilərinə münasibət bildirən bəyanatla çıxış edib. Bəyanatda deyilir:  “ADP İdarə Heyəti 9 oktyabr 2013-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərinin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qəbul edilməməsini, seçkidə iştirak edən bəzi namizədlərin seçkilərin nəticələrini tanımadığını və partiyanın müşahidəçiləri vasitəsi ilə əldə etdiyi məlumatlar əsasında  MSK-nın elan etdiyi nəticələrin ciddi konyukturaya məruz qaldığını, seçkilərin həqiqi nəticələrini obyektiv əks etdirmədiyini bildirir, bununla da Azərbaycanda demokratiyaya dinc keçidin daha bir fürsətinin əldən qaçırıldığını təəssüflə qeyd edir.

ADP seçkidən əvvəlki müstəqil rəy sorğularına, aparılan müşahidələrə, nəticəsi aşıqlanmış bir sıra dairələrin, habelə əldə etdiyi məntəqə və dairələrdə seçkilərin nəticələrinə dair rəsmi protokollara əsaslanaraq partiyanın namizədinin seçkilərdə 3-cü, 4-cü yeri bölüşdürdüyünü bəyan edir.
ADP bu seçkilərin ictimai-siyasi gərginliyi aradan qaldırmadığını, əksinə iç siyasətdə və beynəlxalq səviyyədə gərginliyin daha da artmasına səbəb olduğunu nəzərə alaraq iqtidarı, dərhal hüquqi, siyasi, iqtisadi islahatlar həyata keçirməyə, iqtidar-müxalifət dialoqunu başlatmağa, milli həmrəyliyə nail olmaq üçün tələb olunan bütün addımları atmağa çağırır. 
ADP islahatların effektivliyi və geridönməzliyi naminə koalision hökumətlər təcrübəsinə keçirilməsini vacib hesab edir və hakimiyyəti müxalifətlə koalisiyon hökumət yaratmağa çağırır.”

Printer »»»