09.09.2013
Printer »»»
Azərbaycan Demokrat Partiyasından respublika prezidentliyinə namizədliyi irəli sürülmüş ADP sədri Sərdar Cəlaloğlunun imza toplama kompaniyası başa çatıb.
Qısa müddət ərzində Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini müdafiəsi məqsədi ilə respublika ərazisindən 40 mindən artıq seçici imzası toplanıb seçki qərargahına təhvil verilib. Hazırda toplanmış imzaların ekspertizası və yekun hesabatı hazırlanmaqdadır. Günün sonuna qədər toplanmış imzalar və prezidentliyə namizədin qeydə alınması ilə bağlı tələb olunan sənədlərin Mərkəzi Seçki Komissiyasına təhvil verilməsi gözlənilir.