“Mən bunu deyəndə bir çoxları məni düşmən,hakimiyyətin adamı kimi qələm verirdilər”

01.08.2013

Rüstəm İbrahimbəyov Rusiya-Azərbaycan münasibətlərini siyasi alətə və bazarlıq obyektinə çevriliblər. ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranın Tiflis toplantısının yekunları ilə bağlı mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Azərbaycan müxalifətinin əsas aparıcı təşkilatının adı Milli Şura olsa da, bu təşkilatı üzləşdiyi problemlərin həllinin açarı Rusiyanın əlindədir: “Rusiya prezedenti  Valdimir Putin istər İbrahimbəyovu vətəndaşlıqdan çıxarar, istəməzsə yox. Biz  vaxtında  bunun Rusiyanın layihəsi olduğunu deyəndə bizi topa tuturdular. Amma indi bəlli olur ki,  doğrudan da belədir. Çünki İbrahimbəyovun seçkilərdə iştirakı məhz Rusiya prezidentindən asılıdır.
Bununla da Azərbaycan müxalifətinin böyük bir hissəsi Rusiya siyasətində Azərbaycan iqtidarına  və dövlətinə qarşı bir silaha çevrilib”.
S.Cəlaloğlu hesab edir ki, elə ən dəhşətlisi də budur, özünü demokrat və milli maraqların müdafiəçisi hasab edənlər buna razılıq verib: “Yəni siz bilmirdiniz ki, bu belədir. İndi də deyirlər ki, gəlin Putinə müraciət edək  o prosesi sürətləndirsin. Hələ bir baxın, Rusiya qanunvericiliyinə bu məsələ ilə bağlı görün Putinin bu porsesi süröətləndirmək ixtiyarı var, ya yox. Rusiya qanunvericilinə əsasən bir şəxsin vətəndaşlıqdan azad edilməsi üçün müəyyən şərtlər və tələblər var.  Əgər qanunvericiliyin tələbləri pozulmayıbsa o zaman şəxsin vətəndaşlığına xitam verilir.”
ADP sədri bildirib ki, bununla da  istər İbrahimbəyov, istərsə də Milli  Şura Rusiyanın Azərbaycanla bağlı siyasətində faktora çevriliblər: “Mən bunu deyəndə bir çoxları məni düşmən,hakimiyyətin adamı kimi qələm verirdilər. Rusiya müxalifət və hakimiyyətlə Azərbaycanın maraqlarının xeyrinə oynamır, öz dövlətinin maraqları üçün çalışır. Bax, acı həqiqət də budur və buna göz yummaq olmaz”.
ADP sədri onu da əlavə edib ki, artıq Azərbaycan müxalifəti düşdüyü bu vəziyyətdən daha az itki ilə çıxmaq barədə düşünməlidir: “ Milli Şuradakılar başa  düşməlidirlər ki, onlar bu səhvləri davam etdirdikcə daha da pis vəziyyətə düşürlər. Ona görə də  prosesi dayandırmalıdırlar. Səhvin yarısından da qayıtmaq  xeyirdir. Bax proseslərin gedişində görünən bax budur”.

Printer »»»