“ İbrahimbəyov və Milli Şura bu məsələdə gecikib.”

17.07.2013

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında Milli Şura daxilində baş nazir postu ilə bağlı yaşanan gərginliklə bağlı maraqlı fikrilər səsləndirib. ADP sədrinin sözlərinə görə, əslində R.İbrahimbəyovun liderliyi ilə eyni gündə komandanın da tərkibi ictimaiyyət üçün açıqlanmalıydı: “Əslində R.İbrahiumbəyovun namizədliyi ilə yanaşı komanda da elan edilməliydi. Çünki bu cür hallarda kölgə kabinetinin formalaşması bir çox baxımdan faydalıdır. Belə olan zaman insanlar bilir ki, hansı lider hansı komanda ilə hakimiyyətə gəlmək və dəyişikliyi hansı heyətlə aparmaq istəyir. Bu baxımdan yalnız baş nazir deyil, digər nazir postlarında kimlərin təmsil ediləcəyi də elan edilməli idi.
R.İbrahimbəyov və Milli Şura bu məsələdə gecikib. İndiki halda isə bir tək baş nazir postu ilə bağlı bu cür müzakirələrin aparılması yanlışdır və bu narazılıq yarada bilər. Tək-tək postlar uğrunda yox, bütün nazir postları  üzrə namizədlər müəyyənləşməli və komanda tam olaraq elan edilməlidir”.

Printer »»»