ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

14.06.2013

ADP sədri Sərdar Cəlaloğlu rəhbərlik etdiyi siyasi təşkilatın adından Demokratik Qüvvələrin Milli Şurası ilə əlaqədar yeni açıqlama ilə çıxış edib. ADP mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada deyilir ki, demokratik qüvvələrin Milli Şurası Azərbaycan prezidenti seçkilərində dünya şöhrətli alim və görkəmli ictimai xadim, professor Rafiq Əliyevi vahid namizəd kimi müəyyənləşdirərsə ADP qeyd şərtsiz onu dəstəkləyəcək, xalqı onun ətrafında sıx birləşməyə çağıracaqdır.
"Hesab edirəm ki, Rafiq bəy hamının qəbul edəcəyi və şəxsiyyəti heç bir sual doğurmayan, demokratiyaya keçid dövrü üçün ideal keyfiyyətlərə və siyasi təcrübəyə malik insandır. Ona görə də Milli Şura Rafiq Əliyevin namizədliyi ilə seçkilərə getdiyi təqdirdə bu quruma cəmiyyətin müxtəlif kəsimlərində yaranmış çoxsaylı suallara da aydınlıq gələ bilər və cəmiyyət daha yekdil bir şəkildə müxalifətin ətrafında birləşə bilər”

Printer »»»