Gəncliyin problemləri

03.06.2013

Azərbaycan hakimiyyətinin yeritdiyi antimilli siyasət bütün sahələrdə olduğu kimi gənclərin taleyi ilə bağlı məsələlərdə dərin mənfi izlər salır.  Hakimiyyət sözdə gənclərin problemlərinin həlli istiqamətində addımlar atılması, onların sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılmasını elan etsə də, həqiqətdə Azərbaycan gəncliyinin vəziyyəti acınacaqlı olaraq qalır. Özünü sosial varlıq kimi təsdiq edə bilməyən, cəmiyyətdə layiqli yer tutmaqdan  məqsədyönlü şəkildə məhrum edilən övladlarımız, ümidsizliyə, bədbinliyə qapılır və bəzən də intihara əl atırlar.
Heç kəsə sirr deyil ki, yüz minlərlə gəncin xarici ölkələrə mühacirət etməsinin əsas səbəbi məhz omların işsizlik, dövlət idarələrində rastlaşdığı bürokratik əngəllər, adi vətəndaş haqlarından tutmuş siyasi hüquqlarının pozulması kimi ciddi faktorla bağlıdır. Hakim partiya ətrafında birləşən bir qrup gəncdən başqa əksəriyyət gənclərimiz onun gələcəyini bəri başdan kölgə altına salan, sıxıntı və məhrumiyyətlərə düçar edən üzücü siyasətlə üz-üzə qalıb.

Vətəndaşlarımız bir tərəfdən iqtisadi çətinlilərlə, gün çörəyinə möhtac qalmaqla üzləşirsə, digər tərəfdən hakimiyyətdə təmsil olunma, sərbəst siyasi faliyyət, azad fikir səsləndirmək, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək kimi konstitusion hüquqlardan məhrum edilir və onla heç cür öz arzu və imkanlarını gerçəkləşdirə bilmir. Bir qrup insanın həddən ziyadə varlanması, rüşvət və korrupsiya yolu ilə milyonlar əldə etməsi fonunda gəncliyin məşəqqətli hayata sürüklənməsi, əlbəttə  onların şüurunda sağalmaz mənəvi-psixoloji travmalar yaradı ki, bu da ölkədə vətəndaş qarşıdurmasına, stabilliyin pozulmasına gətirib çıxara bilər
Gənclərlə bağlı vahid dövlət strategiyasının olmaması, onların iş, təhsil, sağlamlıq kimi vacib məsələlərdə dövlət qayğısından kənarda qalması göz önündədir və görünən odur ki, hakimiyyət bu sahədə sözdən işə keçmək istəmir. Qubada, ismayıllıda, səlyanda, Bakının ayrı-ayrı rayonlarında baş verən sosil narazılıqlar vətəndaşlarımızın necə ağır həyat şəraitində yaşamasını və mövcud hakimiyyətdən narazılığını sübut edən faktlardır. Təəssüf ki, hakimiyyət nümayəndələri bu sosial narazılıqlardan düzgün nəticə çıxarmaq, vətəndaşların işlə təmin olunması istiqamətində addımlar atmaq əvəzinə bu narazılıqların qarşısını polis zorakılığı, repressiya və işgəncələr yolu ilə almağa çalışır.
Avtoritar rejimin yeritdiyi sərt inzibati siyasətə etiraz edən gənclərimiz narkoman, xuliqan, polisə itaətsizlik adı ilə həbsə atılır və onlar ömrünün gənclik anlaını həbs həyatında keçirməli olurlar. Inanc sahibi olan bir qrup gənc oğlan və qızlaımız dini duyğularının, vicdan və əqidələrinin tapdalanmasına dözməyib pikey və mitinqlərə cəhd etsə də bunlar hakimiyyətin sərt təpkisi ilə qarşılanır və öz hüquqları uğrunda mübarizəyə qoşulan vətəndaşlar döyülür, təhqir edilir, ələ salınır, ağır cərimələr kəsilir və  ya zindanlara atılırlar.
Beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, qanunun aliliyi prinsipinə riayət edilməməsi, vətəndaşların mülkiyyət hüququna qəsd edilməsi, gənclərin sosal fəlakətlərlə üz-üzə qalması, sərbəst toplaşma, söz, mətbuat və fikir azadlıqlarının məhdudlaşdırılması ilə bağlı həyacan dolu hesabatlar yaymasına baxmayaraq hakimiyyət yetkililəri bunlardan nəticə çıxarmaq istəmir və vətəndaşlarımıza qarşı uzun illərdən bəri başladılan istismarçı siasətini bir daha davam etdirirlər.
Təbii ki, bu neqativlər gənclərin vətənə bağlılıq, işğal olunmuş torpaqlarımızın müdafiəsinə qalxmaq, öz dövlətinə sədaqətlə xidmət etmək kimi vətənpərvərlik düşüncəsinə mənfi təsirlər göstərir və onlar dəyişilmələrin  sonradan bütün cəmiyyət həyatını alt-üst edilməsinə səbəb olan radikal, inqilabi yoluna üz qoyurlar.
ADP gənclər təşkilatının sədr müavini

Azər sadıxov

Printer »»»