Xalq yaxın keçmişi belə tez unuda bilməz...

31.05.2013

Dünənəcən YAP-ın "ağacını" sulayanlar, sıra yoldaşlarını sataraq şəxsi və qrup mənafelərini güdənlər - suladıqları "ağacın" dibi qurumağa macal tapmamış xalq qəhrəmanı və Əliyevlər diktaturasının düşməni adına iddia edirlər. Olsun! Burada böyük bir pislik yoxdur, əlbəttə bu siyasətdir. Dəmirəl demişkən dün-dün, yarın-yarındır. Amma daha bolşevikcəsinə özləri kimi düşünməyən hamını iqtidarın dostu adlandırmaq, demokratiya düşməni elan etmək nə deməkdir?!. Cənablar siz açıqdan açığa iqtidar dəhlizlərində sülənəndə biz həbsxanalarda idik və heç kimi bizim kimi həbsə düşmədiyinə görə ittiham etmirdik. Bəlkə bir az ayılasınız. Yoxsa fikrləşirsiniz ki, xalqın yaddaşı tamam pozulub. Xeyir, yanılırsınız - xalq yaxın keçmişi belə tez unuda bilməz.
Həsrət Rüstəmov
Printer »»»