İdarə heyyəti ABŞ səfirliyindəki görüşü müdafiə etdi

27.05.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri, Qarabağ probleminin yenidən gündəmə gətirilməsi, Rusiya prezidenti V.Putinin M.Şvedkovu Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi  olaraq təyin etməsi, S.Lavrovun Qarabağ probleminin həllinə dair yeni variantlarla bağlı səsləndirdiyi bəyanat və hazırkı durumla bağlı digər məsələlərə münasibət bildirib. Qeyd olunub ki,  uzun fasilədən sonra ATƏT-in yenidən aktivləşməsi təqdirə layiq olsa da həmsədrlərin indiyə qədər problemin çözülməsi istiqamətində göstərdiyi səylər nəticəsiz olaraq qalır və indiki halda Rusiyanın birtərəfli qaydada problemin həlli istiqamətində xüsusi nümayəndəlik qaydasında  göstərmək istədiyi səylər ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü misiyaya ziddir və bütövlükdə problemin həllinə xidmət etmir.
İdarə Heyəti üzvləri prezident administrasiyasının şöbə müdiri Ə.Həsənovun son açıqlamasında “Azərbaycan neytrallıq yolunu seçib” kimi fikirlərini ölkəmizin milli maraqlarına uyğun olmayan mövqe kimi dəyərləndirib,  Azərbaycanın NATO və Avropa Birliyinə inteqrasiyasını milli təhlükəsizliyimizin əsas prioteti olmasını bir daha qeyd edib.
İdarə Heyəti ABŞ səfirliyində müxalifətin bir kəsimi ilə keçirilən görüşdən sonra hakimiyyətin bu görüşü kölgələyən fikirlər səsləndirməsindən, guya bu görüşdə milli maraqlara zidd məsələlər müzakirə edilməsi barədə əsassız iddialar irəli sürməsindən narahat olduğunu, bu görüşün diplomatik və beynəlxalq hüquq normalarına uyğun keçirildiyini bildirb və  hakimiyyətin bu jestlərinin arxasında müxalifəti beynəlxalq aləmdən təcrid etmə siyasətinin durduğunu diqqətə çatdırıb.
İdarə heyəti ABŞ konqresində  o taylı bu taylı azərbaycan mövzusunun yenidən masaya oturdulmasından məmnun olduğunu bildirib və Güney Azərbaycanda milli haqların pozulması ilə bağlı Konqresin siyasi mesajlar səsləndirilməsini müsbət dəyərləndirib və hazırkı şəraitdə millətimizin bu siyasi reallıqdan düzgün yararlanmasını məqsədə uyğun hesab edib.

İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi ilə əlaqədar xalqa müraciət edib. Müraciətdə deyilir:
Azərbaycan Demoikratik Cumhürriyyətinin elan olunmasından 95 ili keçir. 
Bu gün münasibəti ilə Azərbaycan Demokrat Partiyası Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayıb Azərbaycanı öz Vətəni kimi sevən bütün insanları təbrik edir. 
Cumhürriyyətçilik xalqımızın milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqayisədə əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz Respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bağlıdır. Azərbaycan Demokratik Cumhürriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. Səttarxanın başçılığı ilə cənubda həyata keçirilən Məşrutə hərakatı isə ADC-nin təməlində duran respublikaçılığın əsas qaynaqlarından olmuşdur. 
2 il ərzində mövcud olan Azərbaycan Xalq Cumhürriyyətin bəzi dövlətlərin 100 ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi birinci Respublikanın banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir. Yeni dövrdə müstəqillik əldə etmiş Şimali Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cumhürriyətinin nailiyyətlərindəndir. Cumhürriyyətçilik ideyaları uğrunda və Azərbaycandakı separatizm meyillərinə qarşı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri çiyin-çiyinə yeni tarix yaratmaqdadırlar.
Cumhürriyyət həqiqi vətəndaşlıq tələb edir. Təəssüf ki, respublikaçılıq ənənələrini real olaraq tətbiq etməkdən yayınan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışan bir iqtidar ölkəmizdə bu gün hakimiyyətdədir və bu hakimiyyət hər vəchlə dövlətçiliyi həqiqi respublikaçılıqdan uzaqlaşdırmağa çalışır. Bu gün qarşıda duran bütün milli problemlərin həlli də həqiqi vətəndaşlıq tələb edir.
ADP Azərbaycan dövlətində yaşayan bütün insanları həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə  çağırır.


Printer »»»