ADP İqbal Ağazədəni dəstəkləyə bilər

16.042013

"Sərdar bəyin özünün prezidentliyə namizəd olmaqda o qədər də həvəsli deyil. Amma partiya daxilində 2013-cü il prezident seçkilərində ADP-nin öz namizədi ilə iştirak etməsini istəyənlər var". Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev  bildirib.


T.Əliyev prosesləri izləmək və vəziyyəti vaxtında dəyərləndirmək fikrindədir: "Bu məsələ ilə bağlı mənim mövqeyimə gəldikdə isə, düşünürəm ki, biz hələ tələsməməliyik. May ayından sonra müxalifətin konsolidasiyası istiqamətində pozitiv addımlar atılmayacağı təqdirdə biz ilk olaraq təmsil olunduğumuz "Qarabağ" bloku daxilində qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələrə başlamalıyıq".
Əgər müzakirələrin nəticəsi olaraq "Qarabağ" blokunun seçki blokuna çevrilmə şansı yaranacaqsa, onda İqbal bəyin namizədliyinin dəstəklənməsini də istisna etmirəm - T.Əliyev vurğuladı.



Printer »»»