Rəşid Mirəjdər oğlu Mənsurov
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi5qoPtIdzY8Tnua06tG6KiIDC30ZT-Mma-d5uDohlrH6n-_5IBUruHfHvZwc3isYGHw2QmdfAI4PG3H-8360w8zKNoubp9Dkb71iKm8zBaNaf5xHTHqi6GGZIHgZFcdHr6Nl2Do3F3iCC/s200/150px-R%25C9%2599%25C5%259Fid_M%25C9%2599nsurov.jpg)
- Rəşid Mirəjdər oğlu Mənsurov 1975-ci ildə Bakı şəhərində anadan olub.
- Bakı şəhəri Nəsimi rayonu 159 nömrəli orta məktəbdə təhsil alıb.Riyaziyyat fənni üzrə dəfələrlə olimpiadalarda iştirak edib və onların qalibi olub.
- 1992-ci ildə Xocalı faciəsindən sonra könüllü olaraq , Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa , torpaqlarımız uğrunda savaşa gedib.
- 1993-1997-ci illərdə Azərbaycan İqtisad Universitetində , İqtisadiyyatın Dövlət Tənzimlənməsi fakultəsində , ali təhsil alıb. Ali təhsilli iqtisadçıdır.İcra strukturunda iqtisadçı işləyib.
- İctimai fəaliyyətə 1993-cü ildə Şimali Azərbaycan Demokratik Gənclər Təşkilatında başlayıb.
- 2000-ci ildən Azərbaycan Demokrat Partiyasının üzvüdür.
- Siyasi fəaliyyətinə görə dəfələrlə təqiblərə , fiziki və mənəvi təziqlərə məruz qalılb , müxtəlif vaxtlarda siyasi motivlərlə inzibati qaydada həbs olunub.ona qarşı hakimiyyət orqanları tərəfindən törədilən qeyri-qanuni hərəkətlər bir sıra beynəlxalq təşkilatların hesabatında öz əksini tapmışdır.
- Müxtəlif vaxtlarda partiyanin Nəsimi rayon təşkilatinda katib , partiyanın mərkəzi aparatında təlimatçı və şöbə müdiri vəzifəsində çalışmışdır.
- Hal-hazırda Azərbaycan Demokrat Partiyasının təşkilati məsələlər üzrə sədr müavinidir.Bir sıra beynəlxalq tədbirlərdə və xarici ölkələrdə keçirilən siyasi toplantılarda partiyanı təmsil edib.
- Evlidir iki övladı var.
Printer »»»