ADP - Mingəçevirdə baş verən hadisələrə münasibət bildirib

25.08.2015

Bu Gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub. 
Toplantı iştirakçıları ilk növbədə Mingəçevirdə baş verən hadisələrə münasibət bildirib və kökündə sosial narazılıqların, işsizliyin, yanlış regional siyasətin, polis özbaşınılığının, qanunlara sayğısızlığın durduğu bu cür hadisələrin bütövlükdə Azərbaycan üçün xarakterik hal olduğuna diqqət çəkib.
Ölkədə manatın devalvasiyaya uğraması fonunda sosial-iqtisadi vəziyyətin gərginləşdiyi, qarşıdan parlament seçkilərinin gəldiyi bir vaxtda qarşıdurmaya, vətəndaş həmrəyliyinin pozulmasına, dövlətlə vətəndaşlar arasında etimadsızlığın yaranmasına stimul verən bu cür hadisələrin arzuolunmazlığı diqqətə çatdırılıb. Mingəçeirdə baş verən olayların vaxtı ilə Qubada, İsmayıllıda və digər bölgələrdə baş verən hadisələrlə anologiya təşkil etdiyinə diqqət çəkən İdarə Heyəti üzvləri bu cür hadisələrin əsas səbəbinin ölkədə yeridilən yanlış sosial-itisadi siyasətdən, hüquqq-mühafizə orqanları əməkdaşlarının zorakı və özbaşına hərəkətlərindən, Avropa məhkəmələrinin işgəncələrlə bağlı çıxardığı qərarların icra olunmamasından, regionların sosial-iqtisadi inkişafına ayrılan vəsaitlərin təyinatı üzrə yönəlməməsindən və ən başlcası isə yerli icra strukturlarında vətəndaşlara qarşı özbaşınalığın, qeyri qanuni rəftarın hökm sürməsindən qaynaqlanmasını qeyd edib və hakimiyyəti baş verən hadisələrin səbəblərinin aradan qaldırılması istiqamətində təcili tədbirlər görməyə çağırıb.

İdarə heyəti sonvaxtlar ölkədə ərzaq və digər gündəlik təlabat mallarının qiymətinin durmadan bahalaşması fonunda əhalinin sosial iqtisadi vəziyyətinin gərginləşməsindən, manatın devakvasiyaya uğramasına baxmayaraq vətəndaşlara dəyən ziyanların kompensasiya edilməməsindən, monopoliyanının, rüşvət və korrupsiya hallarının azad bazar iqtisadiyyatının qarşısında əngələ çevrilməsindən ciddi narahat olduğunu bildirib və bu gərginliklərin aradan qaldırılması üçün ciddi islahatlar aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminə məhəl qoymadan bütün cəbhə boyunca təşkil etdiyi silahlı hücumların qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması, düşmən qüvvələrin ağır itkilər verərək geri çəkilməsi faktından məmnun olduğunu bildirib və milli ordumuzu təcavüzkar düşmənə qarşı mübarizədə ayıq-sayıqlığını itirməməyə və döyüş hazırlığını qoruyub saxlamağa çağırıb.
İdarə Heyəti PKK terror təşkilatının Bakı-Tiflis-Qars qaz kəmərini partlatması, Türkiyə ərazisində yanğınlar, partlayışlar törətməsi, qardaş ölkədə separatçı hərəkətlər etməsi, Azərbaycan Türkiyə arasında hərəkət edən və içərisində soydaşlarımızın olduğu avtobusları saxlayaraq onları girov götürməsi faktlarından ciddi narahat olduğunu bildirib, hakimiiyəti, habelə PKK-nın qanlı əməllərinə susqunluq nümayiş etdirən Avropa dövlətlərini bölgəni qana sürükləyən PKK və İŞİD-lə mübarizədə Türkiyənin yanında olmağa səsləyib.
Qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylərinə baxmayaraq müxalifətin mümkün seçki blokunun alınmamasından təəsüf ifadə edilib. Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar qəbul edilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) haqqında qərar qəbul edilib. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nın tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir. MSQ-nın ilk iclası 26 avqusta təyin edilib.

Printer »»»