Blok üzvləri millət vəkili H.Rəcəblinin müəllimlərə qarşı təhqir olan bir yanaşma kimi qiymətləndirib.

18.03.2015

Bu gün ADP Mərkəzi qərargahında Qarabağ Blokunun növbəti tolantısı keçirilib. 

Tolantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə Türkiyənin Qars vilayətində gerçəkləşən TANAP layihəsinin təməlatma mərasiminə münasibət bildirib və bu layhəni ölkəmizin suvernliyinin, müstəqilliyinin möhkəmlənməsində, beynəlxalq əlaqələrinin genişlənməsində, Avroatlantik məkana unteqrasiya olunmasında mühüm hadisə kimi dəyərləndirib.

Blok üzvləri Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilən rəsmi mərasimin keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib və 250 mindən artıq insanın qanı bahasına başa gələn Çanaqqala zəfərini iyirminci əsrin tarixi gedişatını dəyişən, Türkiyənin gələcək taleyini həll edən, istiqlal tarixinə yol açan, türk ulusunun qüdrət və əzmkarlığını dünyaya tanıtdıran bir hadisə kimi dəyərləndirib. Blok üzvləri həmçinin Çanaqqala zəfərində Azərbaycan xalqının maddi yardımda bulunmasını, əsgər və zabitlərimizin bu döyüşdə türk mehmetcikləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmasını Türkiyə Azərbaycan birliyinin bariz nümunəsi kimi dəyərləndirib və yadelli işğalçılara qarşı örnək olan bu birgə mübarizənin tarixi köklərə bağlı olduğunu diqqətə çatdırıb.

Blok üzvləri millət vəkili H.Rəcəblinin müəllimlərin əmək haqqılarının azlığı ilə bağlı narazılıqların artmasına münasibət bildirərkən onların dərs prosesindən sonra fiziki əməklə məşqul olması haqda verdiyi bəyanata mövqe bildirib və bu yanaşmanı xalq elçisinə yaraşmayan, etik davranışları aşan və çox saylı müəllim ordusuna qarşı təhqir olan bir yanaşma kimi qiymətləndirib. Blok üzvləri H.Rəcəblinin, habelə digər dövlət mənsublarını diqqətli olmağa, çıxışlarında etik çərçivələri aşmamağa çağırıb. Eyni zamanda bu tip yanaşmaların seçki saxtakarlığında fəal iştirakçıya çevrilən müəllimlərin öz “xidmətlərindən” qaynaqlandığına diqqət çəkən blok üzvləri müəllimləri, eləcə də seçki prosesində iştirak edən digər seçiciləri seçki saxtakarlığından uzaq olmağa, layiq olmayan insanları deputat kürsüsündə yer tutmağa imkan verməməyə çağırıb.

Blok üzvləri manatın devalvasiyay uğraması ilə bağlı ölkədə yaranan sosial-iqtisadi narazılıqlara, qiymətlərin artması müqabilində minimum əməkhaqqı bazasının dəyişilməz qalması, orta və kiçik biznesin monopolistlər tərəfindən sıxışdırılması, aztəminatlı ailəlkərin, təqaüdçülərin daha acınacaqlı vəziyyətə düşməsi ilə bağlı vəziyyəti müzakirə edib və ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yüngülləşdirilməsi, süni monopoliya və korrupsiyaya qarşı mübarizənin gücləndierilməsi istiqamətində təcili tədbirlər görməyə, bazara uğursuz inzibati nəzarət siyasətindən əhalinin minimum əməkhaqqı bazasının artırılması və effektli indeksasiya siyasətinə keçməyə çağırıb.

Toplantıda hərbi qulluqçuların icbari sığortasının qanuna müvafiq şəkildə ödənilməsinin gecikdirilməsi, bununla əlaqədar şəhid ailələrinin etirazlarına məhəl qoyulmamasından narahatlıq bildirilib və hakimiyyətdən müvafiq ödəmələrin dərhal icra olunması tələb olunub.

Blok üzvləri Novruz bayramı ilə əlaqədar xalqımıza təbrik ünvanlayıb və baharın gəlişindən, təbiətin oyanışında, ilin dəyişilməsindən xəbər verən, hər bir evə bayram övqatı, xoş əhval ruhiyyə bəxş edən bu bayramda siyasi mühitimizin, iqtisadi həyatımızın, sosial vəziyyətimizin dəyişilməsi, yeniləşməsi, ölkəmizdə vətəndaş həmrəyliyinin bətqərar olması, qarşıdurmalardan uzlaşmaya, regionçuluqdan bütöv Azərbaycan olmağa, iqtidar müxalifət davasından Qarabağ davasına üstünlük verilməsinə,

fərdiyyətçilikdən ictimayi düşüncəyə doğru addımlar atılacağına əminliyini ifadə edib və dövlət başçısını hakimiyyəti Novruz bayramı münasibəti ilə siyasi baxışlarına, qanunsuz məhkəmə hökmlərinə görə həbs edilən insanların azadlığa buraxılması üçün humanistlik nümayiş etdirərək yeni əvf fərmanı imzalmağa çağırıb.

Printer »»»