ADP SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

28.01.2015

ADP sədri Sərdar Cəlaloğlu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 26 iyul 2013-cü il tarixli “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncamından dolayı şəxsi mülkiyyətdən istifadə hüququnun pozulması haqqında 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı. S.Cəlaloğlu Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamının ləğv edilməsini, cavabdehdən onun xeyrinə 10 000 (on) min manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulmasını tələb edirdi.
Məhkəmə heç bir araşdırma aparmadan iddianı təmin etmədiyi üçün S.Cəlaloğlu apellyasiya şikayəti vermişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində də S.Cəlaloğlunun şikayəti yenə də təmin edilməyib. Apellyasiya Məhkəməsinin qətnaməsinin əldə olunmasında sonra S.Cəlaloğlu Ali Məhkəməyə müraciət etməyə hazırlaşır.
Printer »»»