ADP-nin mərkəzi qərargahında Qrabağ blokunun növbəti iclası keçirilib.

10.09.2014

Bu gün ADP-nin mərkəzi qərargahında Qrabağ blokunun növbəti iclası keçirilib. Blok iştirakçıları ilk növbədə sentyabrın 9-da Bakıda keçirilən Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı”ölkələri Xarici İşlər Nazirləri rəhbərlərinin görüşünə münasibət bildirib. İclas iştirakçıları bu görüşün Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin qorunması, enerji təhlükəsizliyi, demokratiya, vətəndaş vəmiyyəti institutlarının inkişafına dəsatək verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib və hakimiyyəti Avroatlantik məkana inteqrasiya olunma istiqamətində addımlar atmağa, Avropa dəyərlərinə sadiqlik nümayiş etdirməyə və ölkədə vətəndaş cəmiyyəti institutlarına qarşı başladılan təzyiq və repressiyalara son qoymağa cağırıb.
Həmçinin blok içtirakçıları bu görüşün məhz Azərbaycanda demokratiya, söz, mətbuat azadlığına, vətəndaş cəmiyyəti institutlarına basqıların artdığı bir vaxtda keçirilməsinin hakimiyyətə bir messaj olması kimi dəyərləndirib və beynəlxalq strukturları Azərbaycan iqtidarın demoktratiya və insan haqları barədə üzərinə götürdüyü öhdəlikləri vixdasnla yerinə yetirməsi üçün təsirli tədbirlər görməyə səsləyib.

Blok iştirakçıları Uelsdə keçirilən NATO sammitinin nəticələrinə münasibət bildirib və bu sammitdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəbul edilən bəyannaməyə Ermənistan da daxil olmaqla iştrakçı üzvlərin hər birinin imza atmasını təqdirəlayiq hesab edib və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağın müzakirə obyekti olduğu bütün beynəlxalq təşkilatların yanaşmasında NATO prinsiplərini rəhbər tutmaq sahəsində diplomatik səyləri artırmağa və NATO-ya inteqrasiya istiqamətində ardıcıl addımlar atmağa çağırıb.
Blok iştirakçıları Abşeron rayonu Xırdalan qəsəbəsinddə yaşayış binasında qaz sızma nəticəsində baş verən partlayışdan 3 nəfər vətəndaşımızın həyatını itirməsindən və 8 nəfər vətəndaşımızın ağır xəsarət almasından ciddi narahat olduğunu bildirib, iqtidarı hadisənin törənməsinə şərait yaradan cavabdeh şəxslərin aşkar edilməsi, müvafiq icra strukturlarının məsuliyyətsizliyinin ortaya çıxarılması istiqamətində praktik addımlar atmağa və zərərçəkənlərə müvafiq kompensasiyalar ödəməyə çağırıb.
Blok iştirakçıları son vaxtlar Rusiya sərhədlərinin Azərbaycan bazarlarına “açıq qapı” elan edilməsindən sonra ölkədə yaranmış qiymət bahalaşmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti ölkədə daxili bazarın tənzimlənməsi, istehlakçların hüquqlarının qorunması istiqamətində ciddi addımlar atmağa çağırıb.

Printer »»»