Rusiyanın nəinki Ukraynanı, eləcə də keçmiş SSRİ məkanına dasxil olan digər müstəqil dövlətləri təhdid

05.05.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları Ukrayna ətrafında cərəyan edən hadisələrdən, xüsusilə Odessada seperatçı qüvvələrlə Ukrayna hərbiçiləri arasında baş verən toqquşma nəticəsində çoxsaylı insanın faciəli şəkildə həlak olmasından təəssüfləndiyini bildirib və Rusiyanın bu ölkənin suverenliyi və müstəqilliyi əleyhinə yönələn ilhaq və işğal siyasətini qətiyyətlə pisləyib.
Partiya yetkililəri Qərbi, o cümlədən ABŞ-ı Ukraynaın suverenliyi və müstəqilliyi ilə bağlı yaranan rus təhlükəsinə qarşı adekvat reaksiya vermyə, Rusiyanın nəinki Ukraynanı, eləcə də keçmiş SSRİ məkanına dasxil olan digər müstəqil dövlətləri təhdid altında saxlayan imperialist dasvranışlarını önləyən daha ciddi və təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti son vaxtlar iqtidarın “Nida”çı gənclər, jurnalistlər və vətəndaş cəmiyyəti institutları ətrafında başlatdığı, həbslərlə, istintaq dindirmələri, siyasi kampaniyalarla müşahidə olunan aqressiv hərəkətlərindən narahat olduğunu bildirib və bu represiyaların Azərbaycan üçün xarici təhlükələrin artdığı bir vaxtda milli və dövlət maraqlarına zidd olduğunu qeyd edib və hakimiyyəti vətəndaş həmrəyliyi və milli birlik istiqamətində təsirli addımlar atmağa çağırıb.
İdarə Heyəti Əfqanıstanda baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan ölümündən dərin kədər hissi keçirdiyini bildirib və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbyacan hakimiyyətinin göstərdiyi səyləri və etdiyi maddi yardımları təqdir edib.
İdarə Heyəti Azərbaycanın müstəqiliyi suverenliyi üçün yaranan Rusiya təhlükəsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Son vaxtlar  keçmiş SSRİ məkanında təhlükəli proseslərin getdiyi bir vaxtda-Rusiyanın suveren Ukraynaya təcavüzü, keçmiş SSRİ respublikalarının dövlət müstəqilliyinin təhdid edilməsi, SSRİ-nin bərpası çağırışları fonunda Azərbaycanda dövlət müstəqilliyi və suverenliyinə zidd fəallaşma müşahidə olunmaqdadır. Belə ki, dövlətin rəsmi siyasətinə zidd olaraq bəzi millət vəkillərinin və siyasi funksionerlərin Rusiyanın Krımı işğalını müdafiəsinə qalxması, Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə yol aça biləcək rus vətəndaşlığının qəbul edilməsi, rus imperiyasının və seperatizminin simvolu olan “Georqiyev lenti”nin paylanması, Azərbaycan mətbuatında Rusiyanı haqlı tərəf kimi göstərmək cəhdləri, rus qoşunlarının Azərbaycanda yerləşdirilməsi və suverenlikdən könüllü imtina edilməsi ilə bağlı fikirlər dövlətçilik və milli maraqlarımıza təhlükə törədəcək proseslərin başlanmasından xəbət verir.
ADP müstəqilliyin və suverenliyin əleyhinə olan təslimçi və seperatist qüvvələrin fəaliyyətini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidentini və hüquq mühafizə orqanlarının rəhbərlərini bu cağrış və fəaliyyətlərlə bağlı  qətiyyətlii mövqe bildirməyə çağırır.
ADP Azərbaycan müxalifətini bu təzahürlərə qarşı susqunluq nümayiş etdirməsini də yanlış hesab edir. ADP xalqı ayıq olmağa, Rusiyanın 200 il ərzində Azərbaycana qarş apardığı düşmənçilik siyasətini unutmamağa, müstəqillik və suverenlik uğrunda mübarizədə hər cür fədakarlığa hazır olmağa çağırır.

Printer »»»