Prezidentin adından istifadə edən saxtakar.

15.04.2014

Taliyət Əliyev: “Bu adam deputatlar Azay Quliyevin və Fərəc Quliyevin adından da sui-istifadə edərək məhkəməni şantaj edirdi” “Guya kömək etdiyi ər-arvadın birgə şəkillərini FB-də paylaşaraq insanları onların üzünə tüpürməyə çağırır” Ötən il ADP sədri Sərdar Cəlaloğlunun Azərbaycan tarixində rol alan bir sıra şəxsiyyətlərlə bağlı tənqidi fikirləri ölkə gündəmini kifayət qədər məşğul etmişdi. Çünki aparılan müzakirələr zamanı tariximizdə çoxları üçün qaranlıq olan səhifələrə geniş işıq salınırdı. Təbii ki, Sərdar bəyin bu açıqlamalarını süngü ilə qarşılayanlar da oldu. Bu da başadüşülən idi. Uzun illərdir qəhrəman kimi cəmiyyətə təqdim olunan şəxslərə qarşı əsaslı tənqidi fikirlər bu effekti yaratmalı idi. Lakin təəssüflər olsun ki, cəmiyyət tərəfindən tanınan bəzi şəxslər məsələnin mahiyyətini anlamadan Sərdar bəyə qarşı hücuma keçmiş və etik normalara sığmayan ifadələr də işlətmişdilər.
Bəziləri sonradan üzrxahlıq etsələr də, görünən o idi ki, çoxları jurnalistlərin hadisə yaratmaq baxımından verdikləri suallardan dolayı emosiaonal cavablar vermiş və istəmədikləri halda ifadələrində ehtiyatsız ifadələrə yer vermişdilər. 
Sərdar bəyin ünvanına xəbər saytlarında və facebook sosial şəbəkəsində ardıcıl olaraq etik və əxlaq normalarına sığmayan təhqir, böhtan, şantaj, təhdid, yalan və s. ifadələr yazan Azad İsgəndərli adlı birisi isə xüsusilə fəallıq edirdi. Elə bu səbəbdən də S.Cəlaloğlu A.İsgəndərliyə qarşı məhkəmə iddiası qaldırmışdı. Odur ki, məhkəmədə Sərdar bəyin nümayəndəsi qismində çıxış edən ADP sədrinin müavini Taliyət Əliyevlə məlum proseslə bağlı söhbətləşdik və ilk olaraq cavabdeh tərəfin kimliyinə aydınlıq gətirməyə çalışdıq.

- Bu şəxsi tanımadığımdan onun barəsində informasiya toplamağa çalışdım. Baxdım ki, facebook sosial şəbəkəsində bu adam Azad Başbuğ kimi dostluğumda da var. Şəxsi məlumatlara baxanda öyrəndim ki, bu adam Şirvan şəhərində anadan olub, hazırda Bakıda yaşayır, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin, Sosial Hüquqların Monitorinq Qrupunun, sosialxeber.org saytının rəhbəri, Türk Dünyası Problemləri İnstitutunun başqanı və eyni zamanda vəkilliklə məşğul olan şəxsdir. Düzü, Lomonosov adına Moskva Dövlət Universitetini bitirən, bu qədər məsuliyyətli vəzifələri və titulları daşıyan bir şəxsin bu cür məsuliyyətsiz, milli etik və əxlaq normalarımızla, dinimizlə və ən nəhayət qanunlarımızla bir araya sığmayan hərəkətləri məndə heyrət doğururdu. Gözlərimə belə inana bilmirdim. Şəkilinə də baxanda, ciddi bir adam təsüratı bağışlayırdı. Demə, doğrudan da hər bir şəxs dilinin altında gizlənirmiş.

- Yəni yazılanlar həqiqəti əks etdirmirdi?


- Şübhələndiyim üçün Şirvan şəhərində olan bir neçə mənbədən bu şəxs barədə məlumat əldə etmək istədim ki, qərarım obyektiv olsun. Bir nəfər də bu şəxs barədə müsbət fikir bildirmədi. Məlumatlar əsasında öyrəndim ki, bu adam şəxsiyyət və əxlaq baxımından çox qüsurlu olan birisidir, əvvəllər işlədiyi polis orqanlarından xaric edilib, hətta dələduzluq hərəkətlərinə görə həbsdə yatıb. Aldığım məlumatlardan dolayı gördüm ki, bu şəxs barədə gəldiyim ilkin qənaətimdə zərrə qədər yanılmamışam. Sərdar bəyin rəsmi nümayəndəsi kimi iddia ərizəsini və lazımi sənədləri hazırlayıb Azad “Başbuğ”un (İskəndərlinin) qeydiyyatda olduğu ərazi üzrə - Şirvan şəhər Məhkəməsinə yolladım. Məhkəmənin hazırlıq iclasına gedə bilmədiyimdən qabaqcadan teleqram vuraraq iclasın mənsiz keçirilməsinə razı olduğumu bildirmişdim. Üstündən xeyli müddət keçdi, növbəti məhkəmə iclası ilə bağlı heç bir bildiriş almadığımdan, məhkəmə ilə əlaqə saxladım. Bildirdilər ki, cavabdeh məhkəmənin Bakı şəhər Xəzər rayon Məhkəməsində keçirilməsini tələb etdiyindən iş ora göndərilib. Xəzər rayon Məhkəməsi də qanuna müvafiq olaraq işi Apellyasiya Məhkəməsinə göndərib ki, işin ərazi aidiyyatı məsələsini həll etsin. Apellyasiya Məhkəməsi də işin baxılması üçün təkrarən Şirvan şəhər Məhkəməsinə yolladı. 

- Nə üçün?

- “Başbuğ”un bu savadsız hərəkəti vaxt udmaq məqsədi daşıyırdı. İşin mahiyyəti üzrə baxıldığı məhkəmə iclaslarının heç birində həsrətlə gözlədiyim “Başbuğ”umuzu görmək mənə nəsib olmadı. Amma, o, özünün tərbiyyəsini və əxlaqını davam etdirməkdə idi. Ona görə iddia tələbinin dəyişdirilməsi ilə bağlı vəsatət verməli oldum. Nəhayət, 17 yanvar 2014-cü il tarixdə Şirvan şəhər Məhkəməsi iddiamı qismən təmin edərək “Başbuğ”umuzun tərbiyəsini və əxlaqını nümayiş etdirdiyi xəbər saytlarında Sərdar bəydən üzr istənilməsi və 10 min manat təzminat ödənilməsi barədə qətnamə qəbul etdi. Məhkəmə vaxtını bildiyi halda məhkəməyə gəlməyən Azad İskəndərli məhkəmə qətnaməsini alandan sonra özünün rəhbərlik etdiyi sosialxeber.org saytında tərbiyəsinə və əxlaqına sadiq olaraq məhkəməni şantaj etməyə başladı. Guya ki, Şirvan şəhər Məhkəməsi Sərdar Cəlaloğluna dəstək verib, bunun iştirakı olmadan məhkəmə keçirilib və s. 

- Sonradan yuxarı instansiyaya müraciət etmədi?

- “Başbuğ” məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdi. İlkin iclas aprelin 8-də idi. Getdim, lakin o, yenə gəlmədi. Məhkəmə əlaqə saxladı, bildirdi ki, xəstəxanadadır. Ona görə məhkəmə 10 aprel tarixinə saat 16.30-a təxirə salındı. Aprelin 10-da işdə hazırlaşırdım ki, məhkəməyə getmək üçün yola çıxım, “Başbuğ”un facebook-da bir yazısı gözümə dəydi. O, yenə “adına layiq” tərbiyə nümayiş etdirmişdi. Vətəndaşları Şirvan Apellyasiya məhkəməsinə gəlməyə və bizə lazımi cavab verməyə çağırırdı. Həmin yazının fotosurətini çıxarıb özümlə götürdüm. Tək getməyimə “tərəddüd” edirdim. Düşünürdüm ki, “Başbuğ” sevərlər indi Şirvanda mənə bir toy tutacaqlar ki, rəhmətlik babamın kiçik toyu yadıma düşəcək. Məhkəmənin həyətinə yaxınlaşanda gördüm sakitlikdir, düşündüm ki, məhkəmə zalında “Başbuğ” sevərlərdən mənə yer olmayacaq. İçəri girəndə “Başbuğ”u yalqız görub bir tərəfdən sevindimsə, digər tərəfdən onun halına acıdım. Sevindim ona görə ki, “Başbuğ”u görmək mənə nəsib oldu, amma “Başbuğ”u yalqız görmək istəməzdim. Buna görə “Başbuğ” sevərləri şiddətli qınayıram. 

- Məhkəm proses zamanı nə kimi iddialara irəli sürüldü?

- Məhkəmə iclası başladıqdan sonra qanuna müvafiq olaraq ilk söz “Başbuğ”a verildi. O ilk öncə bildirdi ki, Flora Kərimova da məhkəməyə gələcəkdi, amma elə alındı ki, gələ bilmədi. Ona görə Flora xanımın salamlarını məhkəmə heyətinə çatdırdı. “Başbuğ” bildirdi ki, Sumqayıt bu saat ayaq üstədir, bura gəlmək istəyirdilər, güclə qarşılarını alıb. “Başbuğ” özünün yalanları və hakimin ona ünvanladığı suallara cavabları ilə özünü ifşa etməkdə idi. O, bir tərəfdən hazırda profilində olan yazıların ona aid olduğunu bildirirdi, profilindəki tərbiyəsiz yazılarını ortaya qoyanda namusuna, qeyrətinə, daha nə bilim nələrə and içdi ki, bunu mən yazmamışam, mənim adımdan saxta profil açıblar və həmin adamlar yazıb bunları. Sən demə hansısa “juliklər” “Başbuğ”a sataşmaq istəyiblər. 
Çıxış etmək növbəsi mənə çatdı. İlk öncə “Başbuğ”un vətəndaşların məhkəməyə çağırışı ilə bağlı yazısını məhkəmə heyətinə təqdim etdim. Çünki, onun bu yazısı məhkəməyə kənar təsir kimi dəyərləndirilir. Məhkəmə də bu hərəkətinə görə ona irad tutdu. “Başbuğ” birinci zərbəni burda aldı. Digər sübut və faktları görəndə isə bir rola girdi ki, gəl görəsən. Dözə bilmədiyini (guya məni öldürəcəkmiş) deyən “Başbuğ” məhkəmədən xahiş etdi ki, 10 dəqiqə çölə çıxsın. Məhkəmə də 10 dəqiqə fasilə elan etdi. Çıxışımı davam etdirəndə ifşa olunduğunu görüb, özünün tərbiyəsini və əxlaqını və kim olduğunu çılpaqlığı ilə ortaya qoydu. O, ölkə başçısı İlham Əliyevin, deputatlar Azay Quliyevin və Fərəc Quliyevin adından sui-istifadə edərək məhkəməni şantaj etməkdən belə çəkinmədi. “Başbuğ” təhqirlərini, söyüşlərini məhkəməyə söz azadlığı kimi qəbul etdirməyə çalışırdı. Deyəsən, o, Lomonosov adına Moskva Dövlət Universitetində və ikinci təhsil aldığı Moskvanın Yeni Hüquq İnstitutunda “söyüş söymək” fakültəsində oxuyub və böyük ehtimalla “qırmızı” diplom alıb. 

- Məhkəmə hər hansı qərar çıxardı?


- Məhkəmə növbəti iclası aprelin 29-na təxirə saldı. Çölə çıxanda “Başbuğ” başladı məni təhdid, şantaj etməyə, söyüşlər söyməyə. Çox çalışdım ki, onun səviyyəsinə enməyim, amma məni vadar etdi ki, söyüşlərini artıqlaması ilə qaytarım. O, məni düşünülmüş şəkildə öz əxlaqına uyğun provakasiyaya çəkirdi. Orda polis əməkdaşı olmasaydı, çox güman ki, ciddi bir insident yaşanacaqdı. Polis əməkdaşı “Başbuğ”un kim olduğunu mənə deyərək onun səviyyəsinə enməməyi məsləhət gördü, lənət şeytana dedim. 
Bakıya qayıtmışdım ki, axşam saatlarında aramızda dostluq münasibəti olan bir şəxs mənə zəng etdi. Şirvanda baş verənlərdən məlumatlı olduğunu, “Başbuğ”un ondan bu problemin yoluna qoyulmasında yardımçı olmasını xahiş etdiyini, qarşılığında “Başbuğ”un qələtini etiraf etdiyini, üzr istəməyə hazır olduğunu bildirdi. Uzun söhbətdən sonra aramızda razılaşma olmasa da, sabah, yəni aprelin 11-i axşama kimi danışmalıydıq. Səhərisi gün işə gəldim, baxdım ki, facebook-da “Başbuğ” yenə “əxlaq” nümayiş etdirib, qorxusundan ad çəkməyib, amma sətiraltı ifadələrlə bizi təhdid edir. Qəti qərarımı verdim, bu adam ifşa olunmalıdır!
Mən bu adamın facebook sosial şəbəsində paylaşdığı yazıların bir neçəsinin foto surətinin mətbuatda getməsini istəyirəm. Həmin yazılarda etik və əxlaq normalarına sığmayan sözlərə görə bütün oxuculardan üzr istəyirəm. Özünü Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin, Sosial Hüquqların Monitorinq Qrupunun, sosialxeber.org saytının rəhbəri, Türk Dünyası Problemləri İnstitutunun başqanı, özünü facebook-da Azad Başbuğ, başqa bir profilində Azad Baştürk kimi qələmə verən bir şəxsin əxlaqının nə qədər problemi olduğunu sizlərə faktlarla göstərmək zorundayam. Bu günün reallığı elədir ki, hamımız, o cümlədən analarımız, xanımlarımız, bacılarımız sosial şəbəkələrdən istifadə edirik. Millətdən, qeyrətdən, namusdan, qanundan dəm vuran “Başbuğ” deyilən bu adam facebook-da millətə söyüş təbliğ edir. Əhsən belə “Başbuğ”a... 
Siz təqdim edəcəyim Azad “Başbuğ”un paylaşdığı bir materiala fikir verin. Bu adam hüquq müdafiəçisi və vəkil ola-ola guya kömək etdiyi ər-arvad olan Ucar rayonundan olan vətəndaşların ondan nahaq yerə pul tələb etməsinə görə həmin Azərbaycan vətəndaşları olan ər-arvadın birgə şəkillərini facebook-da paylaşaraq insanları onların üzünə tüpürməyə çağırır. Azərbaycan qadının üzünə tüpürməyə çağırış etmək vəkil, hüquq müdafiəçisi və ən əsası Azərbaycan kişisi adına təhqir deyilmi? Mən hesab edirəm ki, bu məsələdə “Başbuğ”un dələduzluq əməlləri var. İndi həmin adamlara pul qaytarmamaq üçün onları bu cür çirkin əməlləri ilə şantaj edir. Ən dəhşətlisi isə odur ki, bu cür iyrənc hərəkətlərindən özünü sığortalamaq üçün həmin söyüşlərdən sonra və ya əvvəl saxta sevgi ilə ölkə başçısı İlham Əliyevin və deputat Azay Quliyevin şəkillərini profilində paylaşır. Mənim üçün çox maraqlıdır, bunu dövlət orqanları görmürmü?

- Hesab edirsiniz ki, hakimiyyətdə A.İskəndərlini kimlərsə himayə edir?

- “Başbuğ” deyir ki, mən heç bir dövlət və ya qeyri-dövlət təşkilatından maliyyə almıram. Öz vəsaitim hesabına insanların sosial hüquqlarını qoruyuram. Amma, təkcə sonuncu dəfə QHT-lərə Dövlət Dəstəyi Fondundan 10 minə yaxın qrant alıb. Mən Vergi orqanlarını onun haradan maliyyələşməsi ilə araşdırma aparmağa çağırıram. Azay Quliyevdən xahiş edirəm ki, ondan soruşsun ki, dövlətdən aldığı qrantları niyə dilinə gətirmir. Bu adama qrant ayırırlar ki, Azərbaycan qadının şərəf və ləyaqətini alçaltsın? 
Millətçi kəsimin nümayəndələrinə müraciət edirəm. Azərbaycan qadının üzünə tüpürməyə çağırış edən “Başbuğ” deyilən bu adamla bir sırada necə durursunuz? 
Son olaraq vətəndaş cəmiyyəti institutlarına və dövlət orqanlarına müraciət edirəm ki, bu adamın qanunlara, etik və əxlaq normalarına zidd hərəkətləri ilə bağlı mövqelərini ortaya qoysunlar.

Printer »»»