AMEA Condisiologiya elminin varlığından xəbərsizdir

17.01.2014

Sərdar Cəlaloğlu: “Bugünə qədər akademiyadan kimsə bununla maraqlanmayıb”ADP sədri, filosof Sərdar Cəlaloğlunun müəllifi olduğu Condisiologiya elmindən Azərbaycan Milli Elmlər Akademiyasının xəbəri yoxdur. Bu barədə Moderator.az-a açıqlamasında S.Cəlaloğlu bildirib. Onun sözlərinə görə, hələ ki, AMEA-dan kimsə bu elm və onun mahiyyəti haqqında maraqlanmayıb: “Bugünə qədər AMEA-dan kimsə Condisiologiya elmi və onun əhəmiyyətini öyrənməyə maraq göstərməyib. Bir nəfər soruşmayıb ki, bu elm nədir, nəyi öyrənir, onun əhəmiyyəti nədən ibarətdir. Halbuki, xarici ölkələrdə az-çox əhəmiyyət kəsb edən hər bir kəşfə böyük diqqət yetirilir. Azərbaycanda isə vəziyyət fərqli, daha doğrusu faciəvidir”.

Printer »»»