“İlham Əliyev bu addımı legitimliklə bağlı deyil”

02.12.2013

AVP sədri ,  millət vəkili Fəzail Ağamalı son günlər cəmiyyətdə ən çox müzakirə olunan iqtidar-müxalifət dialoquna toxunub. Millət vəkili prezidentin redaktorlarla görüşdə verdiyi mesaja müxalifətdən cavab gözlədiyini və onların İlham Əliyevin legetimliyini tanıdıqdan sonar dialoqun reallaşa biləcəyini vurğulayıb. ADP sədri Sərdar Cəlaloğlu müxalifət-iqtidar görüşünün baş tutmasını müxalifətin iqtidarın legetimliyini tanıması anlamına gələcəyini bildirdi: Mən hesab etmirəm ki, İlham Əliyev bu açıqlamanı legetimliyi tanınması üçün verib. Dövlət başçısı ölkədə mövcud situasiyanın analiz edərək bütün qüvvələrin qarşılıqlı razılaşma əsasında  fəaliyyət göstərməsi üçün bu addımı atdı.
Legetimlik məsələsinə gəldikdə isə,  hesab etmirəm ki, kimsə kiminsə legetimliyini tanımaq üçün hər hansısa bir formada bəyanat verməlidir. Əgər tərəflər bir-biri ilə bir masa arxasına əyləşib dialoq yaradacaqsa bu elə tərəflərin bir-birini tanıması anlamına gəlir.”

Printer »»»