ADP siyasi kursuna yenidən baxacaq

17.10.2013

Partiya qurultayında demokratla gələcəklə bağlı qərar verəcəklər. ADP sədri Sərdar Cəlaloğlunun seçkilərin nəticələrinə etiraz əlaməti olaraq istefa verməsi bir suala aydınlıq gətirilməsini də zəruri etdi. Axı bu istefadan bir neçə gün öncə ADP sədri seçkilərdə məğlubiyyətini etiraf etmiş və hakimiyyətə ikinci dəfə əməkdaşlıq təklifi etmişdi. Əcəba, istefa qərarı ADP-nin hakimiyyətə əməkdaşlıq təklifini də gündəmdən çıxardımı? ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, İdarə Heyətinin sonuncu iclasında Sərdar bəyin istefasıyla yanaşı həmin məsələ də ciddi müzakirə olunub:
“Sərdar bəyin istefasının əsas səbəblərindən biri də 2005-ci ildə irəli sürdüyü konstruktiv müxalifətçilik kursunun ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab etdiyi oldu. İflas olunmuş hesab edilən bir təşəbbüsdə bulunmaq qeyri-ciddi olardı. İdarə Heyətinin sonuncu toplantısında da bu məsələ müzakirə predmeti oldu. Qərara alındı ki, 2005-ci ildən ADP-nin apardığı siyasi kursa Qurultayda yenidən baxılsın.

Printer »»»