ADP-seçki blokunun yaradılması istiqamətində danışıqlar gedir

15.07.2013

Qarşıda gələn prezident seçkilərində ADP-nin namizədini dəstəkləyəcək qüvvələrin seçki blokunun yaradılması istiqamətində danışıqlar gedir.
Bunu ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib. Onun sözlərinə görə,  partiya qarşıdakı  prezident seçkilərində  öz namizədi ilə çıxış etmək niyyətindədir və belə bir qərar seçkilərə rəsmi start verildikdən sonra  reallaşacaq.  “ADP prezident seçkilərində öz namizədi ilə iştirak haqqında bəyantla çıxış etməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar, QHT-lər, ictimai təşkilatlar və ayrı-ayrı ziyalılar partiyann namizədinin seçki  blokunda işritak etmək arzusunda olduqlarını  bəyan edib.  Artıq ADP-nin namizədinin seçki blokunun yaradılması istiqamətində məsləhətləşmələr  gedir və partiyaya daxil olan təkliflərə baxılır”,-deyə o bildirib.
Konkret olaraq  hansı partiyalarla danışıqlar aparıldığını  deməyən H.Rüstəmov bildirib ki,  danışıqlar ilkin mərhələdə olduğundan bu barədə danışmaq  tezdir, sadəcə olaraq  edilən təkilflər dəyərləndirilir: “Biz hansı formada və şərtlər daxilində  təkcə seçki blokunda  deyil, seçkidən də sonra birgə əməkdaşlıq edib fəaliyyət göstərə bilərik”.
H.Rüstəmov müxalifətin namzidənin dəstəklənməsi məsləsinə də münasibət bildirdi: “Əgər müxalifətin layiqli namizədi olsaydı, onu dəstəkləməy hazır  idik. Amma  bu gün  bütün müxalifət qüvvələri tərəfindən dəstəklənən və milli maraqlara xidmət edən namizəd olmadığından,  biz öz namizədimizlə çıxış etmək niyyətindəyik”. 

Printer »»»