Eldəniz Quliyevin Milli Şurada təmsil olunmaq haqqı yoxdur

30.05.2013
“O, öz aləmində Sərdar bəydən acıq alır”
“Eldəniz Quliyevin ADP sədri Sərdar Cəlaloğluna dılğır deməsinin arxasında müəyyən nüanslar dayanır”. Belə bir açıqlama ilə çıxış edən ADP-nin sədr müavini Taliyət Əliyev deyib ki, Eldəniz Quliyevin söylədiyi fikirlər onun Milli Şura ideyasına sadiq olduğunun göstəricisi deyil: “Bu şəxs ona görə belə danışır ki, Sərdar bəy bu yaxınlarda Azadlıq radiosunda “İşdən sonra” verlişində Milli Şura ilə bağlı debatda Eldəniz Quliyevin maskasını cırıb onun əsl simasını xalqa göstərdi. ADP sədri 90-cı illərin əvvəllərində Azərbaycanda separatizmə dəstək verdiyinə görə, Eldəniz Quliyevin Milli Şurada təmsil olunmağa mənəvi haqqının olmadığını bildirdi. Ona görə o, belə danışaraq Sərdar bəydən öz aləmində acıq alır”. ADP rəsmisi deyib ki,  Eldəniz Quliyev çox danışsa maskası daha çox cırılacaq: “O, özünü həm böyük ziyalı, həm də böyük siyasətçi hesab edir. Milli Şurada təmsil olunan və olunacaq dəyərli ziyalılarımızdan çox-çox üzr diləyərək Eldəniz Quliyevə bildirmək istəyirəm ki, məşhur filosoflardan birinin çox məşhur bir kəlamı var. Siyasətdə ziyalılara bir çox hallarda təlxəylik rolu düşür.  Görünür Milli Şurada da təlxəylik rolu Eldəniz Quliyevə düşüb. Xeyirli olsun”.

Printer »»»