Məhkəmə icraçıları aksiyaya görə cərimələnən ADP-çi gənci rahat buraxmır


16.04.2013


Məhkəmə icraçıları kütləvi aksiyalarda iştirak etdiklərinə görə məhkəmələr tərəfindən inzibati qaydada yüksək məbləğlərdə cərimə olunmuş ADP-çi gəncləri rahat buraxmır. Belə ki, mart ayının 10-da “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə məhkəmə tərəfindən cərimələnən ADP-çi gənclərə, onların ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqlər edilərək cərimələrin ödənilməsini tələb edirlər. 
Artıq neçə gündür ADP sədrinin Gənclərlə iş üzrə müavinliyinin kordinatoru Osman Əhmədov 10 mart aksiyasında iştirak etdiyinə görə Səbail Rayon Məhkəməsi tərəfindən inzibati qaydada cərimələndiyi 500 manatın ödənilməsinə məcbur edilir.
Ötən gün Osman Əhmədovun qeydiyyatda olduğu Xətai Rayon Məhkəməsinin İcra məmuru Oqtay İsayev onun yaşadığı mənzilə getmiş, Osmanın evdə olmadığını görən icra məmuru onun valideynlərindən cərimənin ödənilməsini tələb edib, əks halda evdə olan əşyaları müsadirə edəcəkləri ilə hədələyib. Daha sonra Oqtay İsayev ADP-çi gənc Osman Əhmədova telefon açaraq onunla kobud danışaraq cəriməni ödəməyi tələb etmiş, əks halda həbs olunacağı ilə hədələyib. Cəriməni hissə-hissə ödəmək imkanı olduğunu bildirən Osmana bildirilib ki, məhkəməyə gəlib izahat verməlisən və təcili olaraq cəriməni ödəməlisən. Xatırladaq ki, ötən günlərdə analoji situasiya ilə 10 mart aksiyasında iştirak etdiyinə görə cərimələnən ADP gənclər teşkilatının sədir müavini Azər Sadıxov da üzləşmişdi. Məlumdur ki, hakimiyyət bu cür qeyri-qanuni yollarla gəncləri siyasi proseslərdən uzaqlaşdırmaq məqsədi daşıyır.

Printer »»»