Страницы

(ADP) Tarixi

Azərbaycan Demokrat Partiyas:

ADP Tarix: Azərbaycan Demokrat Partiyası (ADP) 26 yanvar 1991-ci ildə 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunub. 17 oktyabr 1991-ci ildə Naxçıvan MR Nazirlər Kabineti tərəfindən qeydə alınıb. Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanunu qəbul edildikdən sonra Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən 14 mart 1993-cü ildə qeydə alınmışdır. Həmin il partiyanın Mərkəzi Qərərgahı Bakı şəhərinə köçürülmüşdür. 1994-cü il ADP-nin birinci Qurultayında Sərdar Cəlaloğlu partiyanın sədri seçilmiş və 1994-96-cı illərdə ADP-nin ilk sədri olmuşdur. 01 sentyabr 1995-ci ildə ADP-nin parlament seçkilərində iştirakının qarşısını almaq üçün Ədliyyə Nazirliyi siyasi sifarişlə qanunsuz olaraq partiyanın qeydiyyatını ləğv etmişdir. ADP-nin öz qeydiyyatı ilə bağlı beş ilə yaxın ardıcıl, intensiv mübarizəsi və Beynəlxalq Təşkilatların, Diplomatik Korpusun hakimiyyətə tazyiqləri nəticəsində 03 fevral 2000-ci il tarixdə Ədliyyə Nazirliyi ADP-ni dövlət qeydiyyatına almışdır. "Avrasiya" qəzetinin keçirdiyi rəy sorğusu nəticəsində ADP apardığı siyasi mübarizəyə, demokratiyanın inkişafında qətiyyətli addımlarına görə 1997-ci ildə ilin siyasi partiyası seçilmişdir.


İnteqrasiya:

ADP Azərbaycanın siyasi tarixində inteqrasiyanın pioneri və lideridir. 1996-cı il martın 30-da keçmiş Baş Prokuror və Ədliyyə Naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət partiyası, 1998-ci ildə eks spiker Rəsul Quliyevin rəhbərlik etdiyi "Beynəlxalq Demokratiya və Ekologiya Fondu", Demokratik Azərbaycan partiyası, 2000-ci ildə isə Demokratik Yol Partiyası ADP-yə birləşib. Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq 1998-99-cu illərdə Parlamentdəki hakim partiya olan YAP-ın beş üzvü və bir bitərəf deputat ADP-yə transfer etmişdir.



Konfranslar:

Təsis Konfransı – 26.01.1991, Naxçıvan ş.;

1-ci Konfrans – 25.04.1992, Naxçıvan ş.;

2-ci Konfrans – 28.07.1993, Bakı ş.;

3-cü Konfrans – 23.01.1994, Bakı ş.;

6-cı (Birləşdirici) Qurultay səlahiyyətli Konfrans – 29.11.1998, Bakı ş.;

7-ci Fövqəladə Qurultay səlahiyyətli Konfrans – 22.06.2003, Bakı ş.;



Qurultaylar:

1-ci Qurultay – 7-8. 05. 1994, Bakı ş.;

2-ci (fövqəladə) Qurultay – 10.09.1995, Bakı ş.;

3-cü növbədənkənar (birləşdirici) və 4-cü (birləşdirici) Qurultay – 30.03.1996, Bakı ş.;

5-ci (növbədənkənar) Qurultay – 25.04.1998, Bakı ş.;

8-ci Qurultay – 23.04.2005, Bakı ş.;

9-cu Qurultay – 27.05.2007, Bakı ş.;



İdealogiya. Bura tıklayın:

ADP-nin ideologiyasının əsasında; ictimai-siyasi dəyişikliklər forması və istiqaməti kimi Demokratiik sistem; insan tərbiyəsinin terki hissəsi kimi milli, dini, ümumbəşəri dəyərlər və adət ənənələr; vətəndaş hüquq və azadlıqlarının təminatçısı, milli yüksəlişin rehni kimi müstəqil dövlətcilik durur.


Azərbaycan Demokrat Partiyasının rəhbərliy:
Sədrin I müavini – Həsrət Rüstəmov
Sədrin seçki və hüquq məsələləri üzrə müavini – Taliyət Əliyev
Sədrin mətbuat və informasiya üzrə müavini – Nurəddin İsmayılov
Sədrin təşkilati məsələləri üzrə müavini – Rəşid Mənsurov
Sədrin maliyyə və təsərrüfat məsələləri üzrə müavini – Zakir Hüseynov
Sədrin qadınlarla iş üzrə müavini – Nazilə Soltan
Ali Məclisin sədri – İsa Cəfərov

Ali Məclisin sədr müavini –  Nəbi Abbasov
Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri – Bəhruz Məmmədov
Təşkilatı məsələlər üzrə müavinliyin təlimatcısı, ADP-sədrinin köməkcisi Daşqın Nuriyev
Sədrin Gənclərlə iş üzrə müavini  



ADP Gənclər Təşkilatının gənclərlə iş üzrə müavinləri:

İctimai əlaqələr üzrə müavin – Azər Sadıxov
Təşkilati məsələləri üzrə müavin  Osman Əhmədov 
Seçki və hüquq məsələləri üzrə müavin  Elşən Şahbazov
Mətbuat və informasiya üzrə müavini – İlham Həziyev 

Partiyanın simvollar:

ADP-nin embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. 
Hazırda partiyanın üzvü olmayan Z.Şamxalov bu simvolu partiya təsis edilərkən yaradıb. Simvolda doğan günəş fonunda açıq dənizdə avar çəkən qayıqçılar təsvir olunub. 
ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. 
Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. 
Bu isə o deməkdir ki, Azadlıq günəşi Azərbaycana hələ yenicə doğur. 
Günəşin üzərindəki xətlərdən ibarət sahə isə azadlığın Azərbaycanın payına düşən hissəsidir. H.Rüstəmovun sözlərinə görə avarçəkənlər işlədikcə və gəmi irəli getdikcə onların azadlıq payı arta bilər. 
Bu da azadlıq və demokratiyanın birgə zəhmət tələb etməsinə işarədir. 
Eyni zamanda simvolda təsvir olunan gəmi Qobustan qayaüstü rəsmlərində təsvir olunan rəsmlərdən götürülüb.
Bu da Azərbaycanın qədim yaşayış məskəni olmasına işarədir.
ADP-nin mavi rəngli bayrağının üzərində qeyd olunan emblem öz əksini tapıb
Ümumi mavi fonda narıncı rəngdə təsvir olunmuş Azadlıq Günəşi və onun fonunda qara rənglə çəkilmiş səkkiz nəfər avar çəkənin idarə etdiyi Günəş gəmisidir.









Azərbaycan Demokrat Partiyasının qərargahının ünvanı:

Azərbaycan Demokrat Partiyası 1992-ci ildən Ələşrəf Əlizadə 13 ünvanında yerləşən qərargahı dövlətdən 25 illiyə icarəyə götürüb. Amma bina partiyanın deyil, "Hürriyyət"  qəzetinin balansındadır. Belə demək mümkünsə, qəzet icarəyə götürdüyü binanın bir hissəsini partiyaya icarəyə verib. Bunun müqabilində isə partiya "Hürriyyət"  qəzetilə birlikdə hər kvartal 600 manat icarə haqqı ödəyir.

Bakı şəhəri, Nərimanov rayonu, akademik Ələşrəf Əlizadə küçəsi 13

Tel:

(+99412) 496 07 22;

(+99412) 496 97 01;

Fax:

(+99412) 496 96 19;

(+99412) 496 18 61;

E-mail: adp.az.1991@gmail.com

Blogger: adp-muxalifet.blogspot.com