Страницы

Əliyev Taliyət Məhəmməd oğlu

  • Əliyev Taliyət Məhəmməd oğlu 03 yanvar 1970-ci ildə Şamaxı rayon Sis kəndində anadan olub.
  • 1970-ci ildə Sis kənd 8-illik məktəbinə daxil olub, 1985-ci ildə həmin məktəbi bitirib.
  • 1985-87-ci illərdə Qaleybuqurd kənd orta məktəbini fərqlənmə diplomu ilə bitirib.
  • 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının M.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Günəş Fizikası" laboratoriyasında əmək fəaliyyətinə başlayib.
  • 1988-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbə xidmətə yollanıb. Hərbi xidmətini keçmiş Sover ordusunun Almaniya Demokratuk Respublikasısında olan məxfi raket qoşunlari briqadasında keçirib.Ordu sıralarinda Sovet imperiyasının əleyhinə apardıgı təbligata gorə təqib və təzyiqlərə məruz qalmış, 1989-cu ildə 3 il muddətinə ciddi rejimli intizam batalyonuna göndərilib. 1991-ci ildə ordu sıralarından tərxis olunub.
  • 1991-ci ilin iyul ayindan əmək fəaliyyətini Şamaxı Astrofizika Rəsədxanasının"Günəş Fizikası" laboratoriyasında davam etdirib.
  • 1992-93-cü illərdə Qarabag ugrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
  • 1995-ci ildə Baki Biznes Universitetinin hüquq fakültəsinə daxil olub, 2000-ci ildə həmin universiteti bitirib. Ali təhsilli hüquqşünasdır.
  • 1995-ci ildə Azərbaycan Demokrat Partiyası ilə əlaqələr qurub və partiyanın tərəfdaşı olub.
  • 1999-cu il fevral ayının 9-da ADP-nin Binəqədi RT-nın sıralarına daxil olub. Binəqədi RT-nın gənclər katibi, daha sonra hüquqi məsələlər üzrə katibi olub. 2000-ci ilin iyul ayindan ADP-nin Seçki məsələləri üzrə katibliyində təlimatçı, daha sonra müavin vəzifəsində çalışıb.
2003-cü ilin iyul ayından ADP-nin Təşkilati məsələləri üzrə katibi vəzifəsinə daxil olub və Siyasi Şuraya üzv seçilib. Siyasi fəaliyyətinə görə dəfələrlə hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalıb.
  • 2003-cü ilin sentyabr ayının 5-də hakimiyyət orqanlarının sifarişi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ogurlanaraq, qondarma cinayət işi üzrə ifadə almaq məqsədilə agir fiziki işgəncələrə məruz qalıb. 5 sutkadan sonra yeri məlum olmuş, 7 sutka adı çəkilən idarədə saxlandıqdan sonra beynəlxalq təşkilatlarin köməyi ilə azadlığa buraxılıb.
  • 2004-cü il 13 avqust tarixində hakimiyyət orqanlarının siyasi sifarişi ilə saxta və qondarma ittihamla həbs olunmuş və 2 il müddətinə azadlıqdan məhrum edilib. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən siysi məhbus kimi tanınmışdır. Avropa Şurasının tələbi ilə siyasi məhbus kimi 14 iyun 2005-ci il tarixdə azadlıga buraxılıb.
  • 2005-ci il parlament seçkilərində "Azadlıq" blokunun 85 saylı Şamaxı seçki dairəsindən vahid namizədi olub.
  • Hazirda ADP sədrinin müavini kimi fəaliyyət göstərir.
  • Ailəlidir.